Çində 45 km. məsafədən çəkən kamera hazırlanıb

Date:

Paylaş:

Çinin Elmi-texniki universitetinin fizikləri obyekti 45 km. məsafdən çəkə bilən kamera işləyib hazırlayıblar.

Bu barədə MIT Technology Review açıqlama verib.

Şəhərlərdə çirkli hava ucbatından hətta bir neçə km. məsafədən belə işığın keyfiyyətini müəyyən etmək mümükün olmadığından, bir qədər uzaq məsafələrdən şəkil çəkmək də artıq mümkünsüzdür.

Şanxaydan olan fiziklər xüsusi işıq zərrəciyi detektoru və alqoritm hazırlayıblar. Alqoritmin köməyilə işıq zərrəciklərini bir araya gətirmək  və üçölçülü məkanda şəkil çəkmək mümükün olur.

Əsas texnologiyası infraqırmızı lazeridir ki,o, da obyektlərdə əks olunaraq onların şəklini çəkir.Əks olunan işığa məsafədn asılı olaraq yenidən detektora qayıtmaq üçün müəyyən müddət lazımdır. Bu, həmin zaman boşluğuna düşməyən işıq hissəciklərini qovmaq və məsafədən gələn səslərin qarşısını almaq üçündür.

Alimlər 100 Hers tezlikdə lazerdən və əks olunan işıq zərrəcikləri detektorundan,həmçinin hərəkət edən güzgüdən ibarət 280-mm astronomik teleskopdan istifadə ediblər. Bu avadanlıq iki ölçülü şəkil çəkir, rəqəmsal alqoritm isə əldə olunanları bir yerə yığıb 3D – şəkil hazırlayır.

“Bizim sistem yaxşı quraşdırılma hesabına bir neçə yüz km. məsafədən şəkil çəkmək üçün münasibdir. Bu, az enerji israf edən və daha da böyük məsafələrdən çəkimə imkan verən sürətli LİDAR- sistemə gedən yolda bir mərhələdir” – deyə Şanxayın Elmi-texniki universitetininalimləri bildiriblər.

Bu aparatı işləyən komanda açıqlama verib ki, onların texnologiyasından aviasiya izləmələrində, məsafəni təyinetmədə və uzaq hədədfləri müəyyən etmədə istifadə etmək olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...