“Apple” in rəhbəri olan Tim Cook CNBS portalına verdiyi məlumatda qeyd edir ki, korporasiya hər 2-3 həftədən bir şirkət alır. Baş icraçı direktorun verdiyi məlumata görə, son altı ay müddətdə “Apple” 20-25 şirkət alıb.
“Əgər pulumuz qalsa, daha nələr edə biləcəyimizə baxacağıq. Biz bizim vəzifələrə uyğun gələn və strateji məqsədlərə çatdıran hər bir şeyi əldə edirik. Ona görə də hər 2-3 həftədən bir şirkət alırıq”, -Tim Cook.
“Apple” ın artm tempini təsəvvür etmək üçün, korporasiyanın ötən ildə cəmi 18 şirkət satın aldığını qeyd etmək kifayətdir.
Eyni zamanda texnologiya nəhəngi özünü gizli aparır. O, alqı-satqı əməliyyatlarına dair adətən heç bir açıqlama vermir.
Son illərin ən əhəmiyyətli satınalmalar arasında, onun 2014-cü ildə 3 milyard dollara aldığı “Beats” şirkətini göstərmək olar. Avtomatlaşdırma tətbiqi Workflow 2017-ci ildə, Texture tətbiqi isə 2018-ci ildə əldə olunub.
Son rüblük hesabata görə, “Apple” hələ də 113 milyard dollarlıq pul ehtiyatına malikdir. “Alma nəhəngi” nin aktivliyi məhz bununla izah olunur.
Şirkətin kapitallaşması ilin əvvəlindən 32% artıb.
Ümumilikdə, demək olar ki, bütün iri şirkətlər bu strategiyadan istifadə edirlər. Bu onlara xidmət və əmtəə siyahısını artırmaq, bu və ya digər tətbiqləri inteqrasiya etmək imkanını verir. Əldə edilən şirkətlər, “Apple” ın yeni texnologiyalara çıxışı təmin edir.
İstehlakçıların fikrincə, son illərdir ki şirkətin buraxdığı yeni cihazlar gözləntilərə cavab vermirlər. Onlar sadəcə əvvəlki versiyaların bir az təkmilləşdirilmiş formasıdır.
Qeyd etmək lazımdır ki, 2019-cu ilin ikinci rübündə şirkətin maliyyə göstəriciləri ürək açan olmamışdı. Belə ki, iPhone smartfonlarının satışları əhəmiyyətli dərəcədə – 17% aşağı düşüb. Bunun əsas səbəbi kimi “Huawei” və “Xiaomi” kimi rəqiblərin bazara çıxması göstərilir. İtkiləri az da olsa kompensasiya etmək üçün, şirkət öz diqqətini xidmətlər seqmentinə yönəldib.