Bloomberg yazır ki, Warren Buffett-in “Berkshire Hathaway” şirkəti ailədən olan onlarla firmaya milyardlar qazandırıb.
1964-cü ildən yatırım edən investorlar bu müddət ərzində 2 milyon faizə qədər gəlir əldə ediblər və bu etalon nümunədən 165 dəfə çoxdur. 55 il əvvəl 10 000 dollar olan aksiyalar bugün 170 milyon dollar ola bilərdi.
Buffett-in şirkəti əsasən ailə biznesini satın alır. Onun sahibkarlarından biri, “R.C. Willey Home Furnishings” şirkətindən Bill Child əmindir ki, şirkətinin “Berkshire Hathaway” aksiyalarına görə satışı həyatının ən yaxşı qərarı olub. 1995-ci ildəaksiyalar 24,000 dollar olub, indi isə 2,5 milyard dollardır.Digər ailə şirkəti “Nebraska Furniture Mart”ın aksiya dəyəri 55 milyon dollardan 17,7 milyard dollara qədər artıb.