“Morgan Stanley” şirkəti 2020-ci ilin birinci rübündə Rusiyada bank fəaliyyətini dayandırmaq xahişi ilə ölkənin Mərkəzi Bankına müraciət etmək niyyətindədir.
Bu barədə “Morgan Stanley Bank” MMC-nin hesabatında deyilir.
“Qrup bank, broker və depozit lisenziyalarından imtina etmək və müvafiq biznes bölmələrini könüllü olaraq ləğv etməyi planlaşdırır”, – deyə mətndə bildirilir.
Bununla yanaşı qeyd olunur ki, cari ildə bankın fəaliyyəti dəyişikliksiz həyata keçiriləcək