Dünyanın ən bahalı şirkətinin adı açıqlanıb

Date:

Paylaş:

“Apple” yenidən 992,66 milyard dollarla bazar kapitalizasiyası həcminə görə dünyanın ən bahalı şirkəti seçilib.

Qısa müddət ərzində onun bazar kaptalizasiyası 1 trilyon dolları keçib.

Maliyyə heabatından sonra “Apple”-ın aksiyaları qiymətdə qalxıb. Qısa müddət ərzində  bazarda şirkətin bir aksiyasının qiyməti maksmal olaraq 215,31 dollara çatıb. Mayın 1-də NASDAQ birjasında ticarətin son günü şirkətin aksiyalarının ümumi dəyəri 992,66 milyard dollara enib. Hal-hazırda isə bazarda  ən böyük kapitalizsiya “Apple”-a məxsusdur.

Keçən həftə ilk dəfə olaraq 1 trilyon dollar bazar kapitalizasiyasını ötüb keçən və bununla “Apple”-ın gıstəricisinə yaxınlaşan  “Microsoft” ikinci yerdə qərar tutub. Onun bazar kapitalizasiyası hal-hazırda 979,92 milyard dollardır.

Üçüncü və dördüncü yerləri müvafiq olaraq, 941,10 milyard dollar və 812,09 milyard dollarla “Amazon” və “Alphabet” tutur. Aralarındakı fərq çox azdır və buna görə də reytinqdə dəyişikliklər ola bilər.

iPhone smartfonlarının satışının davamlı iflasa uğramasına görə əsas göstəricilərin  aşağı düşməsi fonunda “Apple” aksiyalarının artımı bir qədər təəccüblüdür. Görünür, səhmdarları xidmət istiqamətində artım sevindirib, bu, rübün nəticələrinə görə ən maksimum hesab olunan və daşınan cihazların, aksesuarların və ev cihazlarının yaxşı satılmasından gələn gəlirdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...