BMW şirkəti 8 Series ailəsinin yeni üzvü olan dördqapılı 8 Series Gran Coupe modelinin ilk şəklini dərc edib. Yeni modelin təqdimatı iyun ayının sonunda BMW Welt sərgi mərkəzində keçiriləcək #NextGen sərgisində keçiriləcəkdir. BMW 8 Series Gran Coupe modelinin satışları sentyabr ayında başlanacaqdır.
BMW 8 Series Gran Coupe modeli adi kupedən böyüdülmüş təkər bazası ilə seçilir. Bu artım arxa cərgədəki məkanı genişləndirməyə, həmçinin baqaj bölümünü böyütməyə imkan verib. Hələlik avtomobilin neçə oturacağa malik olacağı məlum deyildir. Yeni modeli bütöv arxa divan və ya iki fərdi oturacaqla təklif ediləcəyi istisna olunmur.
Zahiri və texniki cəhətdən BMW 8 Series Gran Coupe kupe və kabrioleti təkrar edəcəkdir. Modelin əsasını adaptiv asqıya və dönən arxa təkərlərə malik olan CLAR modul platforması təşkil edir. Platformanın konstruksiyasında alüminium, maqneziumdan və karbonplastikdən istifadə edilib. Modifikasiyasından asılı olaraq, 8 Series Gran Coupe modelini arxa differensialın qapanması və aktiv köndələn dayanıqlılıq stabilizatorları ilə təchiz edilir.
BMW 8 Series kupesi iki modifikasiyada təklif edilir: M850i xDrive və 840d xDrive. Birinci model 4,4-litrlik V8 benzin biturbomühərriki, ikinci isə 3.0-litrlik dizel mühərriki ilə təchiz edilir. Benzin mühərriki 530 at qüvvəsi və 750 Nm fırlanma anına, dizel mühərriki isə 320 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edir. Güc aqreqatları səkkiz pilləli Steptronic avtomatik qutusu ilə tandemdə çalışır.