“Apple” sülh razılığına əsasən “Qualcomm”-a 4,5 milyard dollar ödəyəcək

Date:

Paylaş:

Amerikanın prosessorlar istehsal edən “Qualcomm” şirkəti, aprelin ortalarında əldə edilən sülh müqaviləsi çərçivəsində “Apple” şirkətindən 4,5 milyard dollar əldə edəcək.

Bu barədə The Wall Street Journal xəbər verib.

Belə qeyd olunur ki, bu məbləğ birdəfəlik ödəniləcək və 2019 kalendar ilinin ikinci rübündə – iyunun sonuna qədər “Qualcomm”-un  hesabına daxil ediləcək.

Məhkəmə davası şirkətlər arasında 2017-ci ildə başlayıb. Həmin vaxt “Apple” “Qualcomm”-u patentlərin lisenziyalaşdırılması ilə bağlı məhkəməyə verib. “Qualcomm” da öz növbəsində “Apple”-dan məhkəmə yolu ilə 7 milyard dollar – şirkətin ödəməkdən imtina etdiyi royalti borcunu tələb edib.

“Apple” və “Qualcomm” 2019-cu ilin 16 aprelində sülh razılğı əldə ediblər. Onlar bütün məhkəmə davalarını dayandırıblar.

İş birliyi üçün açar element “Apple” tərəfindən edilən ödəniş olub və bu məbləğdən əvvəllər danışılmayıb. Şirkətlər həmçinin, altıillik lisenziya müqaviləsi və çip qoyuluşu ilə bağlı çoxillik razılıq imzalayıblar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...