“Uber” 9 milyard dollar cəlb etmək istəyir

Date:

Paylaş:

“Uber” IPO-da 180 milyon səhm təklif etməyi və təxminən 9 milyard dollar cəlb etməyi planlaşdırır.

“Uber” öz səhmlərini UBER ( şirkətin birjada qısa identifikatoru ) adı ilə Nyu-Yorkun fond birjasında  yerləşdirəcək. Ticarət bu mayın əvvəllərində başlaya bilər.

“Uber” fəaliyyətini 63 ölkədə və altı qitənin 700-dən çox şəhərində həyata keçirəcək. 91 milyondan çox adam onun malik olduğu xidmətlərin heç olamasa birindən istifadə edir : taksi çağırışı,qida çatdırılması, samokat və elektro-velosiped kirayəsi. Hər gün Uber-taksilər 14 milyona yaxın sifariş qəbul edirlər.

Hər şey plan üzrə getmiş olsa 2019-cu il bir çox iri texnologiya şirkətləri üçün ilk səhm qoyuluşu baxımından yaddaqalan il olacaq. “Uber”lə yanaşı IPO-ya San-Fransiskoda “Aibnb”, “Pinterest” və “Slack” çıxacaq.

“Uber”in əsas rəqibi “Lyft” bu ilin martında artıq fond bazarında uğurlu debütə imza atıb, lakin sonra onun mövqeyi çox zəiflədi. Cümə günü  “Lyft”-in səhmləri 56 dollar dəyərində ticarət aparıb və bu da onların IPO-da 72 dollarlıq qiymətindən xeyli azdır.

Bununla eyni vaxtda “PayPal” bildirib ki, 2013-cü ildən bəri qoruyub saxladıqları tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üçün “Uber”-ə  500 milyon ABŞ dolları sərmayə qoyur. Bu istiqamətdə “PayPal” “Uber”-in xidmətləri üçün elektron “pul qabı”nın işlənməsi ilə məşğul olacaq.

Bu ay “Uber” “Toyota Motor Corp.” ( Toyota), “DENSO Corporation” (DENSO) və “SoftBank Vision Fund” (SVF) şirkətlər qrupundan 1 milyard ABŞ dolları dəyərində investisiya əldə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...