“Azərbaycan Hava Yolları” QSC-nin törəmə strukturu və ölkənin ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways” bu gündən başlayaraq Bakıdan Ukraynanın Xarkov şəhərinə uçuşlara başlayıb.
Aviareyslər həftədə 2 dəfə – çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Aviaşirkətin digər istiqamətləri kimi Xarkova da birtərəfli biletin qiyməti 29 avrodan başlayır.
Qeyd edək ki, “Buta Airways” Ukraynanın paytaxtı Kiyevə də uçuşlar həyata keçirir.