“ExxonMobil” Amerikanın Texas ştatında yerləşən neft-kimya kompleksinin genişləndirilməsinə 2 milyard dollar yatıracaq, bu barədə şirkət məlumat verib.
“Exxon” 2022-ci ilə qədər yeni polimer istehsalı zavodunu inşa etməyi planlayır. Zavod ildə 400 tona qədər polimer istehsal edəcək.
Şirkətin rəhbəri Darren Woods qeyd edir ki, layihənin genişləndirilməsi “Exxon” a ABŞ-ın Perm hovuzunda karbohidrogen istehsalından əldə etdiyi gəliri maksimuma çatdırmaq imkanını verəcək.
“ExxonMobil” zavodu ABŞ-ın ən böyük neft-kimya kompleksidir. Texnologiya baxımından dünya üzrə ilk sıralarda durur.