İsveçrənin “ImmuniWeb” (əvvəlki High-Tech Bridge) informasiya təhlükəsizliyi şirkəti saytların təhlükəsizliyinin və PCI DSS standartlarına uyğunluğunun yoxlanılması üçün nəzərdə tutulan “Website Security Test” pulsuz həllini təqdim edib.
Alət kontent idarəetmə sistemləri (CMS), internet serverləri və təhlükəsizlik siyasətinin analizini aparmağa, eləcə də məxfiliklə bağlı problemləri aşkarlamağa imkan verir.
Məsələn, “Website Security Test” əlavə səviyyəsinin qoruyucu ekranının (WAF) mövcudluğunu, “CMS” versiyalarının və onların komponentlərinin aktuallığını, “JavaScript” komponentlərinin aktuallığını, “cookie” fayl quraşdırmasının düzgünlüyünü, veb-server kataloqlarının aktivliyini, eləcə də kriptovalyuta mayninqi üçün proqram təminatının mövcudluğunu yoxlayır. Həmçinin alət proqram təminatında boşluqların yoxlanışını həyata keçirir.
Bundan əlavə, yeni həll təhlükəsizlik, şifrləmə və məxfiliklə bağlı HTTP başlıqlarının təhlilini aparır.
Yoxlanış başa çatdıqdan sonra alət təhlükəsizlik səviyyəsini (А səviyyəsindən F-dək) qiymətləndirir və saytda aşkarlanan problemlər barədə hesabat təqdim edir.