Məşhur otellər şəbəkəsi Marriott Airbnb servisinin rəqibini istifadayə verir

Date:

Paylaş:

   Məşhur beynəlxalq otellər şəbəkəsi olan Marriott yaşayış üçün mənzil icarəsi servisini istifadəyə verəcək. Beləliklə şirkət bu sahədə fəaliyyət göstərən məşhur Airbnb servisi ilə rəqabət aparmaq niyyətindədir. Bu barədə The Wall Street Journal saytına istinadən Rusbase saytı xəbər verib. Marriott-un planına əsasən öz evlərini yeni servisdə icarəyə verəcək partnyor icarədarlar xüsusi xallar əldə edəcəklər. Daha sonra onlar həmin xallar vasitəsilə otellər şəbəkəsinin otellərində (Sheraton, Ritz-Carlton və s.) özləri üçün nömrələr bron edə biləcəklər.

    Məlumata əsasən daha öncə Marriott otellər şəbəkəsi Airbnb servisini özü üçün rəqib kimi görmürdü. Lakin indi bir neçə otellər şəbəkəsi yaşayış üçün mənzil icarəsi servisini istifadəyə vermək istəyir. Onların arasında Hilton Worldwide Holdings və Hyatt Hotels kimi məşhur otellər şəbəkəsi var. Bununla paralel olaraq Airbnb servisinin özü ənənəvi otel biznesi istiqamətinin imkanlarını araşdırır.

    Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Airbnb servisi Hotel Tonight adlı servisi almışdı. Həmin servis otellərdə endirimlə otaq nömrələrinin axtarılması imkanını verir. Aprel ayının əvvəlində isə Airbnb etiraf etmişdi ki, o, otel nömrələrinin bronlaşdırılması sahəsində fəaliyyət göstərən Hindistanın Oyo adlı şirkətində pay sahibidir. Airbnb öz maliyyə göstəriciləri barəsində məlumat vermir. Lakin servisin sözlərinə əsasən son 2 il gəlirli olub. Servisin verdiyi məlumata əsasən 2018-ci ilin üçüncü rübü 1 milyard dollardan bir qədər çox gəlir gətirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...