“AtaHolding” tikinti şirkətini məhkəməyə verib

Date:

Paylaş:

“AtaHolding” MMC “Aikon Cpit” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən holdinq “Aikon Cpit” MMC-yə qarşı 52 min 973 manat ödənilməmiş icarə haqqı borcun tutulması barədə tələb irəli sürüb.

Məhkəmə tərəfindən müəyyən edilib ki, iddiaçı “AtaHolding” MMC tərəfindən cavabdehə sənədlərin təqdim olunması barədə poçt xəbərnaməsinin qoşmada göstərilməsinə baxmayaraq, ərizəyə əlavə olunmayıb.

Həmçinin, məhkəmə tərəfindən holdingin iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən olunub ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun təqdim olunması barədə sənəd əlavə edilməyib.

Qərara əsasən, “AtaHolding” MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

Xatırladaq ki, “AtaHolding” 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlayıb. Holdinq iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir. “Aikon Cpit” MMC isə tikinti şirkəti kimi fəaliyyət göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...