WSJ: “Marriott” otellər şəbəkəsi “Airbnb”-kinə oxşar, mənzil kirayəsi platformasını istifadəyə verəcək

Date:

Paylaş:

Nəşrin mənbələrindən əldə edilən məlumata görə, “Marriot”t qrupu layihənin təfərrüatlarını 2019-cu ilin mayında açıqlayacaq.

Dediklərinə görə, şirkət,  Avropada altı aylıq pilot layihəsindən sonra ABŞ-da mənzil kirayəsi platformasını istifadəyə verəcək. “Marriott” Britaniyanın “Hostmaker” şirkəti ilə əməkdaşlıq edir və Parisdə, Romada, Lissabonda və Londonda 340 mənzil kirayəyə verib.

WSJ-dan olan həmsöhbətlər belə hesab edirlər ki, xidmət kirayəçilərə balları qənaətlə, sadiqlik proqramına əsasən xərcləməyə şərait yaradır və bu da istənilən “Marriott” otelində nömrələr sifariş etməyə imkan verir.

Qəzetdən əldə edilən digər mənbələrdə isə deyilir ki, belə bir layihəni digər mehmanxana qrupları da düşünüblər – Hilton Worldwide Holdings və Hyatt Hotels.

“Marriott İnternational” “Marriott”, “W Hotels”, “Ritz-Carlton” və başqa brendlər adı altında 6700 mehmanxanada 1,3 milyondan çox nömrə idarə edir.

“Airbnb” istifadəçilərə şəxsi mənzillər və müvəqqəti müddətli evlər kirayəsini təklif edir. 2019-cu ilin martında şirkət “Hotel Tonight” otellərində otaq sifarişi xidmətini alıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...