“Globes” biznes nəşrinə istinadən “Меркава” agentliyinin verdiyi məlumata görə, İsrailin Vergi idarəsi növbəti maliyyə nazirinə yeni plan təqdim edib: “Google” və “Facebook” da daxil olmaqla, İsraildə fəaliyyət göstərən internet nəhənglərindən vergi tutma.
Bir neçə vaxt ərzində qanunvericiliyə dəyişikliklər edilməsi məsələsi müzakirə olunub və İsrailin Vergi idarəsi bildirib ki, yeni maliyyə nazirinin vəzifəyə gəlməsindən sonra bu məsələ qaldırılacaq və plan işlənəcək. Bu şirkətlərin gəlirindən 3-5% tutulması planlaşdırılır.
Belə hesab olunur ki, qanun həyata keçsə, sözü gedən şirkətlər yüz milyonlarla vergi ödəyəcək. Vergi orqanlarında bəzilərinin qeyri-real hesab etdiyi optimist ssenariyə görə bu və ya digər şirkətlərdən vergi tutumu 1 milyard sərvətində ola bilər.