Qatlana bilən Motorola Razr 2019 smartfonunun rəsmi fotosu ortaya çıxıb

Date:

Paylaş:

 Slashleaks saytında qatlana bilən Motorola Razr smartfon modelinin rəsmi render fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış fotolar bu smartfon barəsində daha əvvəllər yayılmış məlumat sızıntılarını təsdiqləyb. Yeni model də bir vaxtlar məşhur olmuş köhnə Motorola Razr modeli kimi qatlanan dizayn əldə edəcək. Smartfon genişformatlı ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera və müxtəlif ötürücülər üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq.

    Smartfonun özündən əlavə olaraq ortaya çıxmış fotoda həmçinin üçbucaq konstruksiyaya sahib qəribə qutu və smartfon üçün dayaq cihazlar əks olunublar. Son məlumat sızıntılarına əsasən Voyager kod adına sahib yeni Motorola Razr modeli 2142×876 piksel keyfiyyətli 6.2 düym əsas ekran, 800×600 piksel keyfiyyətli əlavə ekran, orta səviyyəli Snapdragon 710 prosessoru, 4/6 GB RAM və 27 vatt gücündə enerji qəbul etməyə qadir TurboPower adlı sürətli enerji yığma texnologiyalı 2750 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni Motorola Razr modeli artıq may ayında təqdim oluna bilər. Onun ABŞ-da 1500$ qiymətində satılacağı güman edilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...