“Ford” şirkəti “General Motors”dan sonra, 2019-cu ilin birinci rübündə üzrə “Tesla”-nın zəif hesabatı fonunda ikinci yeri geri götürüb.
Cümə günü, 26 apreldə, Nyu-Yorkun fond birjasında(NYSE) və Nasdaq birjasında baş tutan ticarət həftəsinin nəticələrinə görə, “Ford Motor Company” bazar kapitalizasiyasının həcmi 41,6 milyard dollar olub.
2019-cu ilin birinci rübünün hesablamalarına görə, “Ford”-un səhmlərində cümə günü 10,9% artım müşahidə olunub. Şirkət üçün bu, 2009-cu ilin 24 aprelindən bəri son 10 il ərzində olan ən yüksək birgünlük kotirovka artımıdır. 2019-cu ilin birinci rübü üçün “Ford”un xalis mənfəəti 1,1 milyard dollar olub, onun səhm üzrə düzəliş edilən mənfəəti gözlənilən 0,27 dollardan fərli olaraq, 0,44 dollar təşkil edib. Bu fonda “Ford”-un kotirovkaları 2018-ci ilin iyulundan bəri əhəmiyyətli dərəcədə artıb.
“Tesla Inc.”amerikan avtomobil istehsalçıları arasında özünün bazar dəyərinə görə 3-cü yerinə geri dönə bilib və həftəlik nəticələr 40,5 milyard dollar göstərir. Şirkət 2017-ci ilin 31 martından bəri son iki il ərzində “Ford”-dan əvvəl, bazar kapitalizasiyasına görə 2-ci yeri qoruyub saxlaya bilib. Keçən il “Ford” yalnız bir gün ( 2018-ci il, 2 aprel ) “Tesla”-nı önləməyə müvəffəq olub.
Liderlik mövqeyinin dəyişməsinin əsas səbəbi “Ford”-un müsbət göstəricilərinin olmasında deyil,”Tesla”-nın zərərə düşməsində olub.
“Вести.Экономика”-nın 25 aprel,cümə axşamı günü verdiyi açıqlamaya görə, “Tesla” birinci rübə görə olan zərərlər barədə xəbər verib və bildirib ki, bu, gözləniləndən daha çox olub.
Bir sıra ekspert “Tesla”-nın hesabatını “uğursuzluq” alandırıb. İnvestorların mənfi reaksiyası fonunda “Tesla”-nın səhmləri 2017-ci ildən bəri ən minimal həddə düşüb.
“Tesla”-nın hesabatına bazarın mənfi reaksiyasının səbəblərindən biri, şirkətin zərərlərə və zəif pul axınına geri dönməsidir. “Tesla”nın, tarixi boyunca ilk dəfə 2018-ci ilin üçüncü və dördüncü rüblərində xalis mənfəətini elan etməsindən sonra şirkətin icraçı baş direktoru Elon Musk dəfələrlə proqnoz verib ki, “Tesla” qarşıda stabil şəkildə gəlirli olacaq.
Lakin 2019-cu ilin birinci rübündə şirkət 702 milyon dollar-lıq xalis zərər barədə məlumat verib və bu da “Tesla”-nın, şirkət yaranandan bəri həcminə görə üçüncü düşdüyü ziyan olub ( müavfiq olaraq, 718 milyon dollar və 2018- ilin birinci və ikinci rübü üzrə 710 milyon dollar ).