“Galaxy Fold”un mənfi cəhətləri aşkarlanıb

Date:

Paylaş:

Fixit saytının mütəxəssisləri qatlana bilən Galaxy Fold smartfon modelini hissələrə ayırıblar və smartfonun əsas mənfi cəhəti barəsində xəbər veriblər. Qeyd etmək lazımdır ki, Galaxy Fold-un ekranında yaranmış problem səbəbilə smartfonun satışları bütün dünyada təxirə salınıb. Bu barədə Macdigger saytı xəbər verib. iFixit mütəxəssisləri güman edirlər ki, Samsung şirkəti sözügedən smartfonun qatlanma mexanizminin təkmilləşdirilməsinə o qədər diqqət ayırıb ki, onun əsas problemini gözdən qaçırdıb.

    Söhbət, smartfonun OLED ekranının qatlanan hissəsində qalan 7 millimetrlik açıq boşluqdan gedir. Həmin açıq boşluğa toz və daha kiçik detallar daxil ola bilir. Bu isə öz növbəsində smartfon ekranını zədələyə bilir. Bunu həmçinin Samsung şirkətinin bir neçə müddət bundan öncə verdiyi bəyanat da təsdiqləyir. Belə ki, həmin bəyanatda qeyd olunmuşdu ki, ekranın açıq hissələrinə toz hissəciklərinin təsiri nəticəsində jurnalistlər smartfon ekranı ilə bağlı problemlər yaşayıblar. Bununla yanaşı iFixit mütəxəssisləri Galaxy Fold smartfonunun təmir olunma mümkünlüyünü 10 xaldan 2 xal ilə qiymətləndiriblər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...