UNESCO-nun və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” adlı sosial layihəyə start verilir.
Layihənin məqsədi gender arası rəqəmli fərqliliyin azaldılması, qadınların İKT bacarıqlarının inkişaf etdirilməsi və onların şəxsi inkişafının dəstəklənməsidir.
Layihə çərçivəsində 300 qadın İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin təlimçiləri tərəfindən keçirilən rəqəmli biliklər üzrə 3 günlük təlimlərdə iştirak edəcək.
Təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədiləcək. Eyni zamanda, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olacaqlar.
Təlimlər Bakı ilə yanaşı, ölkəmizin digər 5 şəhərində təşkil ediləcək.
“Digital Girls” – Milli Təlim Proqramı”nın miqyasının genişləndirilməsi və daha çox qızın təlimlərə qoşulmaq imkanlarının artırılması məqsədilə digər təşkilatların da layihədə iştirakı mümkün olacaqdır.
Layihənin bir il müddətini əhatə etməsi nəzərdə tutulur.
Azərbaycanda “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” adlı sosial layihəyə start verilir
Date:
Paylaş: