Dünyanın ən zəngin insanları siyahısında üçüncü yeri tutan Warren Buffett hər səhər yerindən necə sevinclə qalxdığı və işə tələsdiyi barədə danışıb
82,5 milyard dollarlıq var-dövləti olan səhmdar Warren Buffett Financial Times-a verdiyi müsahibədə niyə təqaüdə getməməsi barədə danışıb. Cavab sadədir: Buffett təsdiq edib ki, ilk dəfə səhm qoyuluşunda iştirak etdiyi 11 yaşından bəri gördüyü bu işi çox sevir.
Buffett deyib: “ Niyə 88 yaşında mən hələ də yatağımdan sevinclə qalxıram? Çünki mən işimi və birgə çalışdığım insanları sevirəm. Mənim ofisdə 25 əməkdaşım var. Biz birlikdə beysbola gedirik. Onlar mənim həyatımı yaxşılaşdırmağa can atırlar və mən də eynisini onlar üçün etməyə çalışıram”.
Hal-hazırda 88 yaşlı milyarder, Berkshire Hathaway investisiya şirkətinin nümayəndəsi, prezidneti və baş direktorudur. O səhmdarların illik yığıncağı ərəfəsində müsahibə verib. Financial Times jurnalistinin yazdığına görə, aramla addım atır, eşitmə aparatı taxır və gecə saatlarında sükan arxasına oturmur. Lakin onun siması sağlamlıq saçır və gözləri eynəyin arxasından parlayır. Çox gec-gec KİV-ə müsahibə verən Buffett üç saat ard-arda bir qurtum su belə içmədən suallara cavab verib. Müsahibənin müəllifi belə qey edib: “ Uşaqlıqdan kalori normasının dörddə birini Coca-Coladan alan və həftədə ən azı üç dəfə McDonald’s toyuq“nugget” ləri ilə nahar edən bu insanın enerjisinə həsəd aparmamaq olmur”.
Buffett vurğulayıb ki, hələ ki, işini dayandırmağı və ofisi tərk etməyi düşünmür. “ Mənimüçün hər gün bazar günü kimidir. Əgər harasa getmək istəsəydim gedərdim. Lakin məmnunluğu mən məhz burda alıram. Mənə elə gəlir ki, burada mən dünyadakı başqa 88 yaşlı adamlardan daha çox məmnunluq yaşayıram”.
“ Məni ölüm fikirləri narahat etmir” – deyə, Buffett qeyd edib və bildirib ki, xəyanəti heç sevmir-”Bunlar insana baha başa gələ bilər”.