Azərbaycan startapı Ukrayna alkoqol məhsullarını saxtakarlıqdan qoruyacaq

Date:

Paylaş:

Ukrayna alkoqol istehsalçı şirkətləri “Xortitsa” və “Nemiroff” Azərbaycan startapının texnoloji həllini istifadə edərək öz məhsullarını saxtakarlıqdan qoruya biləcəklər. Bunu  “iQrex” startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.

Onun sözlərinə görə, “iQRex” proqram təminatı pərakəndə şəbəkələrdə satılan malların saxta olub olmadığını müəyyən etməyə imkan verir.

“Bu həllin Ukrayna bazarında tətbiqinə dair danışıqlar yaxın 1 ay ərzində baş tutacaq. O vaxtadək isə bu həllin tətbiqi “Millers Oils Azerbaijan” şirkətinin istehsal etdiyi məhsullarda tətbiq olunacaq. Bu layihənin icrasına dair artıq anlaşma memorandumu imzalanıb”, – deyə C. Rəhimov bildirib.

İstehsalçılara xüsusi proqram təminatı istifadə etmək təklif olunur ki, onun vasitəsilə üzərində qorunan kodlu stiker sifariş etmək mümkündür. Sistemdə blockchain texnologiyasından istifadə olunduğu üçün hər bir kod unikal sayılır, bu da onların təkrar çap olunmasının qarşısını alır. Bu stikerləri istehsalçı öz məhsulların üzərinə yapışdırır. Alıcı isə öz növbəsində “iQRex” mobil əlavəsini vasitəsilə stikerin üzərindəki kodu skan edərək məhsulun saxta olub olmadığını yoxlaya bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...