Böyük Britaniyanın Rəqabət Təşkilatı iki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq vermədi

Date:

Paylaş:

Böyük Britaniyanın Rəqabət Təşkilatı (CMA), ölkənin  iki böyük supermarket şəbəkəsi  – “Sainsburys” və “Asda”nın birləşməsinə razılıq verilmədiyini açıqlayıb.

Nəzarət qurumundan bildiriblər ki, ötən ilin aprel ayında birləşmək qərarı verən “Sainsburys” və “Asda”nın bu tələbinə, “istehlakçıların daha yüksək məhsul qiymətləri ilə qarşılaşmasına səbəb olacağına” görə razılıq verilmədiyi bildirilib.

Açıqlamada, qurumun qərarının Böyük Britaniyan hər iki pərakəndə şəbəkədən alış-veriş edən milyonlarla istehlakçının hüquqlarının qorunduğu vurğulanıb.

Ötən ilin aprel ayında “Sainburys”, ABŞ-ın pərakəndə nəhəngi “Walmart”ın payı olan ucuz marketlər şəbəkəsi “Asda” ilə birləşmək qərarı verdiyini bildirmişdi.

CMA ötən ilin avqust ayında “Sainsburys” və “Asda”nın birləşmək qərarına dair araşdırmanın başlanıldığını, bu prosesdə birləşmək qərarının istehlakçıların üzərində mənfi təsirlərinin olub-olmayacağının qiymətləndiriləcəyini bildirmişdi.

İngilis mətbuatında, daha əvvəl birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçirildiyi qeyd edilmişdi.

“Sainburys”dən ötən ilin aprel ayında verilən açıqlamada, hər iki pərakəndə şəbəkəyə məxsus mağazaların bağlanmayacağı, işdən çıxarma olmayacağı qeyd edilmişdi. Birləşmədən sonra “Asda”nın sahibi olan “Wallmart”ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilmişdi.

Birləşmə ilə “Sainsbury’s”in 2 min 800 mağaza ilə Böyük Britaniyanın supermarket bazarının təxminən 31,4%-lik hissəsinə təkbaşına nəzarət edəcək vəziyyətə gəlməsi planlaşdırılmışdı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...