Keys Faberlic: Brend “Odnoklassniki”də necə 33 milyon öpüş yığa bilib?

Date:

Paylaş:

Rusiyanın birbaşa satışlarına görə iri kosmetika-parfümeriya şirkəti, dünyanın bu istiqamətdə TOP-1OO-ə daxil olan kompaniyası “Faberlic”dir. 2019-cu ilin yazında brendin saytında unikal kampaniyaya başladılıb. Belə ki, hər yeni müştərinin qeydiyyatı zamanı, onun “Faberlic”dəki şəxsi otağına 1000 rubl əlavə edilib. Aksiyaya dəstək olmaq üçün çoxplatformalı reklam kampaniyasına imza atılıb.

Markaya yeni auditoriyanın cəlb edilməsi kampaniyanın əsas qayəsi olub. Mümkün qədər daha çox yeni auditoriyaya çatmaq üçün Rusiyanın böyüklüyünə görə, ikinci sosial şəbəkəsi “Odnoklassniki”dən istifadə olunub. Qeyri-standart virus mexanikası layihəyə təkcə, müəyyən auditoriyanı deyil, eyni zamanda dostları və yaxınlarını cəlb etmək imkanı verirdi.

Yazın birinci həftəsində OK-da “Faberlic” tərəfindən yeni xidmət çıxdı. İstifadəçilər ora öpüş göndərə bilirdilər. Bu şəkil formasında sosial şəbəkənin müəyyən olunan qismində yerləşdirilmişdi. İstifadəçi hədiyyədən başqa, brenddən mesaj da alırdı. Bu vaxt brenddən istifadəyə öpüşü geri göndərmək üçün təklif gəlirdi. Bunu istifadəçi sosial şəbəkənin başqa istifadəçilərinə də göndərə bilərdi.

Banner istifadəçilərə “Faberlic”in saytına keçid etməyə, markanın saytından qeydiyyatdan keçərək hesaba 1000 rubl bonus yükləməyə və birinci sifarişdə hədiyyə qazanmağa kömək edib. OK istifadəçilərini reklam kampaniyasına cəlb etmək üçün isə sosial şəbəkədə xüsusi tətbiq yaradılıb: “Öpüş hədiyyə et”.

Bannerdə tətbiqə keçid edən ssılkanın qoyulması funksiyası OK-un ən yaxşı -görünən yerinə əlavə edilib. Avatar ilə istifadəçilər aktiv fəaliyyətə cəlb edilib. Brend üçün sayta minimal KPI 150 000 idi. Amma 2 milyon unikal istifadəçi “Faberlic”in tətbiqinə keçid edərək, OK-da dostlarına “öpüş” göndəriblər. Nəticədə, kampaniyanın keçirildiyi 5 gündə 6,5 milyon istifadəçi “Faberlic”dən 33 milyon “öpüş” göndərib. “Faberlic” təxminən öz saytına 7000 000 keçid əldə edib bu isə qoyulan KPI-dan 5 dəfə çoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...