“IDC”-nin qiymətləndirməsinə görə, 2019-cu ildə müəssisə və təşkilatlar tərəfindən biznesin rəqəmli transformasiyası (DX, digital transformation) üçün lazımi texnologiya və xidmətlərə 1,18 trilyon dollar xərclənəcək ki, bu da 2018-ci ilin göstəricisindən 18% yüksəkdir.
“Növbəti 4 ildə biznesin rəqəmləşdirilməsi üçün texnologiyalara yatırılan ümumi investisiyaların həcmi 6 trilyon dolları ötəcək” – “IDC”-nin analitiki Eylin Smit hesab edir. Onun sözlərinə görə, qlobal DX xərcləri bütün istiqamətlər üzrə orta hesabla 15-20% yüksələcək.
ABŞ və Çin DX-investisiyalar planı üzrə lider ölkələr olacaqlar: rəqəmləşdirmə xərclərinin yarısı bu iki ölkənin payına düşəcək.