Texnologiya istehsalçısı LG, mərkəzinin yerləşdiyi Cənubi Koreyada telefon istehsalını dayandırmaq qərarı verib.
Şirkətin istehsalını Vyetnamdakı zavodunda davam etdirəcəyi gözlənilir.
Zərər edən ağıllı telefon istehsalı departamentini yaşatmaq üçün bu qərarı verdiklərini bildirilən LG, 2018-ci ilin dördüncü rübündə 72.5 milyon dollarlıq zərər açıqlamışdı. Şirkətin telefon departamenti isə ötən ili 700 milyon dollardan çox zərərlə bağlayıb.
LG-nin Cənubi Koreya və Vyetnamdan başqa, Çin, Braziliya və Hindistanda da telefon istehsal edən müəssisələri yerləşir. Cənubi Koreyada yerləşən nəhəng zavodda isə LG-nin ümumi telefon istehsalının 20%-ni təşkil edən əsas telefonlarının istehsalı həyata keçirilirdi.