Aston Martin şirkəti ekstremal DBS Superleggera modelinin açıq kuzovlu variantını təqdim edib. Britaniya markasının tarixində ən yeyin kabriolet adını daşıyan model iki turbokompressoru olan 5,2-litrlik V12 mühərriki ilə təchiz edilir. DBS Superleggera Volante modelinin maksimal sürəti 340 km/saatdır.
Aston Martin DBS Superleggera Volante modelinin güc strukturu ekstruziya edilmiş alüminium profilindən hazırlanıb. Avtomobilin kuzov panelləri kompozit materiallardan hazırlanıb. Avtomobilin kapotu isə tamamilə təmiz karbondandır. Yumşaq tavan 14 saniyəyə açılır və 16 saniyəyə bağlanır. 10 illik istismar dövrünün simulyasiyası tavan mexanizminin yüksək etibarlılığını təmin edib. Salondakı oturacaqlar 2+2 formuluna malikdirlər.
Yükəsk sürətlərdə DBS Superleggera Volante modelinin aerodinamik dayağı 177 kiloqram yerəbasma gücü hasil edir ki, bu da kupe variantında olduğundan 3 kiloqram azdır. Bu göstəriciyə nail olmağa arxa təkərlər zonasında əlavə şaquli təzyiq yaradan Aeroblade II sistemi yardım edib.
Superkar 725 at qüvvəsi və 900 Nm fırlanma anı hazil edən 5,2-litrlik V12 biturbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı ötürmələrin adaptiv məntiqinə malik olan səkkiz diapazonlu ZF “avtomatı” ilə tandemdə çalışır. Volante 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. Kabriolet sükanın dəyişən gücü olan elektrik gücləndiricisi, elektronika ilə idarələnən amortizatorları olan Skyhook adaptiv asqısı, karbon-saxsı əyləc mexanizmləri (öndə – 410, arxada – 360 millimetrlik disklər), dartma vektorunun dinamik idarəedilməsi sisteminə, buraxılış sisteminin dörd çıxış borusu ilə təchiz edilir.
Ekstremal kabrioletin sifarişçiləri onu bu ilin üçüncü rübündə alacaqdırlar.