“Rendez-vous” mağazalar şəbəkəsi yenidən emal üçün köhnə ayaqqabıları qəbul edəcək.
Bu haqda “The Village” nəşri yazıb. Şirkətin rəsmisi “Facebook” səhifəsi üzərindən KİV-də yayılan məlumatı təsdiq edib.
Mağazanın bütün alıcıları “Ayaqqabılara ikinci həyat ver” aksiyasına qoşula və 500 rubl endirim üçün kupon (alıcılar yeni əşyalar ala bilər) əldə edə bilərlər. Köhnə ayaqqabılar ancaq “Aviapark” ticarət mərkəzində geri qaytarmaq olar. Gələcəkdə bu layihə mağazanın bütün şəbəkələrində yayılacaq. Ticarət Mərkəzində aprelin 20-dən 27-ə qədər olan müddəti debüt həftəsi adlandırmaq olar.
Kompaniyanın rəsmisi deyib ki, aprelin 28-dən aksiya şirkətin bütün mağazalarında qüvvədə olacaq. Riteyler Dmitsovski RTI zavodu (zavod, rezin tullantıların emalı ilə məşğul olur) ilə əməkdaşlıq edəcək. Müəssisə köhnə ayaqqabılardan idman və uşaq meydançaların təhlükəsizliyi üçün örtük hazırlayacaq.
Rasional istehlak: Bu, geyim və ayaqqabı istehsalında son illərin trendidir. Məsələn, daha əvvəl Puma şirkəti krassovka istehsal etmişdi. Onları “А New Balancem” şirkəti istifadə olunan plastik butulkalardan ərsəyə gətirmişdi.