Dövlət Sərhəd Xidməti tender elan edir

Date:

Paylaş:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mətbəx ləvazimatlarının və yeməkxana avadanlıqlarının satınalınması məqsədilə açıq tender elan edir.

Tender 13 (on üç) lot üzrə keçiriləcək.

Lot 1 Yemək dəstinin satınalınması – 450 manat

Lot 2 Mətbəx ləvazimatlarının satınalınması – 300 manat

Lot 3 Termoslar, su bidonları və qida tullantıları üçün bakların satınalınması – 160 manat

Lot 4 Elektron və mexaniki tərəzilərin satınalınması – 90 manat

Lot 5 İstehsalat masası və stellajların satınalınması – 150 manat

Lot 6 İri həcmli soyuducuların satınalınması – 150 manat

Lot 7 Dərin dondurucuların satınalınması – 160 manat

Lot 8 Elektrik və qaz plitələrinin satınalınması – 300 manat

Lot 9 Elektrik mətbəx və digər avadanlıqların satınalınması – 150 manat

Lot 10 İri həcmli çörəkbişirmə sobalarının satınalınması – 150 manat

Lot 11 Kiçik həcmli çörəkbişirmə sobaları satınalınması – 150 manat

Lot 12 Səhra mətbəxlərinin satınalınması – 160 manat

Lot 13 Qoşqulu və digər su çənlərinin satınalınması – 150 manat

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasından ala bilərlər.

Hesab: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, HN: AZ19CTRE00000000000002388501,

VÖEN: 1700360581.

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005;

VÖEN:1401555071

M/h: AZ41NABZ01360100000000003944;

S.W.İ.F.T BİK: CTREAZ22 2388501(2310) fond3 SK 142319.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqə telefonu: (012) 498-01-36

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender təklifləri Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) 14 may 2019-cu il saat 17:00-dək, tender təklifi, bank zəmanəti və iş qrafiki isə möhürlənmiş ikiqat zərfdə 22 may 2019-cu il tarixə saat 16:00-dək Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təkliflərində sərfəli qiymət və yüksək keyfiyyətlə qiymətləndirilən meyarlara üstünlük veriləcəkdir.

İddiaçıların təklifləri 23 may 2019-cu il tarixdə, saat 15:00-da Bakı şəhəri, Zərifə Əliyeva küçəsi-30 ünvanında yerləşən Dövlət Sərhəd Xidməti
Aparatının inzibati binasında açılacaqdır.

İddiaçı və ya onun notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxslər tender prosedurunun açılışında iştirak edə bilərlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...