TikTok-un Hindistanda blok edilməsi gündəlik 500 min dollar ziyan vuracaq

Date:

Paylaş:

Reuters, şirkətin xəbərinə istinadən yazır ki, Çinin TikTok videoxidmətinə Hindistanda qadağa qoyulması onun təchizatçısı “Beijing Bytedance Technology Co.”- ya gündəlik 500 dollar ziyan vuracaq və 250-dən çox iş yerini riskə atacaq.

Hindistanın hökumət dairələrinin “Google” və “Apple”-ı TikTok-u silməyə məcbur etməsindən sonra Çinin təchizatçı şirkəti Beijing Bytedance gündəlik 500 min dollarlıq ciddi ziyana salıb. Qadağa şirkətin Hindistanda inkişaf planlarını məhv edib və 2019-cu ilin avqustuna planlaşdırılan İPO-nu sual altinda qoyub.

Şənbə günü, 30 mart, Beijing Bytedance, Hindistanın Ali Məhkəmsinə qadağanın ləğv olunması xahişi ilə müraciət edib.

3 aprel 2019-cu ildə Tamilnad ştatının məhkəməsi federal hökumətləri, tətbiqi proqramı qadağan etməyə çağırıb və onun pedofiliya və pornoqrafiyanı təbliğ etməsi barədə qərar verib. Hökumət dairələri “Google” və “Apple”-ın yerli ofislərinə tətbiq proqramları mağazasından TikTok-u silmələri tələbi ilə məktub göndərib.

“Sensor Tower” analitik  şirkətinin məlumatlarına əsasən TikTok-un Hindistan istifadəçilərinin sayı 300 milyon, dünya üzrə isə 1 milyarddan çoxdur.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...