“Huawei” şirkəti Seulda “5G” ilk elmi-tədqiqat mərkəzini istifadəyə verəcək

Date:

Paylaş:

Aparıcı telekommunikasiya avadanlığı və smartfon istehsalçılarından biri olan “Huawei” şirkəti Seulda “5G” xidmətlərinin inkişafı üzrə “5G Open Lab” adlı ilk elmi-tədqiqat mərkəzini istifadəyə verəcək. Çin şirkəti mərkəzin köməyilə Asiyada “5G” sahəsindəki biznesini genişləndirməyi nəzərdə tutur.

 “Huawei”nin nümayəndələri izah ediblər ki, şirkət “5G” sahəsində ilk qlobal araşdırma və işləmələr mərkəzini Seulda istifadəyə verməyə hazırlaşır, çünki Cənubi Koreya dünyada ilk dəfə beşinci nəsil mobil rabitə xidmətinin kommersiya tətbiqinə başlayıb. Cənubi Koreyada aprelin əvvəlində yeni nəsil rabitə standartı işə salınıb.

Çin şirkəti cari ildə Avropa, Yaxın Şərq və Asiyada bu cür elmi-tədqiqat laboratoriyalarını açmağı planlaşdırır.

“Huawei” şirkəti “5G Open Lab” mərkəzi çərçivəsində həm böyük, həm də kiçik müəssisələrə hərtərəfli dəstək (komponentlərin yoxlanması imkanı daxil olmaqla 5G ilə müvafiq qurğuların hazırlanmasına kimi) göstərəcək. Bundan başqa, mərkəz beynəlxalq şirkətlər, həmçinin öz ölkələrində beşinci nəsil mobil şəbəkəsinin işə salınmasına hazırlaşan digər Asiya dövlətlərindən olan operatorlar üçün sınaq platforması ola bilər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...