Zuckerberg və digərləri: dünyanın ən nüfuzlu biznesmenləri

Date:

Paylaş:

Amerikanın Time jurnalı, dünyanın ən nüfuzlu insanın siyahısını dərc edib. Bu siyahıya 9 biznesmen də daxil olub ki, onların altısı milyarderdir.

Ümumilikdə siyahıda beş əsas sahə vardır: “Kəşfiyyatçılar”, “Artistlər”, “Liderlər”, “Kumirlər” və “Titanlar”.

Bu seçimə şərh vermək məqsədilə Warren Buffett, Bill Gates və dünya üzrə tanınmış digər şəxslər dəvət edilmişdir.

Time jurnalına görə, dünyanın ən nüfuzlu biznesmenləri bunlardır:

 

Mark Zuckerberg

Vəzifə: “Facebook” şirkətinin həmtəsisçisi, milyarder

Yaş: 34

Sean Parker, milyarder, “Facebook” şirkətinin keçmiş prezidenti: “Mark bizim dünyamızı dəyişdi. Təəccüblü odur ki, bu müvəffəqiyyət onun özünü də dəyişməsinə səbəb olub.  O, hələ də utancaq və mehriban biridir. Biz 15 ildir ki tanışıq və o vaxtdan bəri Mark demək olar ki, dəyişməyib. O yenə də sevdiyi filmlərdən sitatları misal çəkir və Palo-Alto şəhərində (Kaliforniya ştatı) kiçik bir evdə yaşayır. Görünür ki, o, pul və ya hakimiyyət güdmür və həqiqətən də “Facebook” a inanır. Mark bir idarəçi kimi, öz üzərində böyük məsuliyyət hiss edir. O düzgün istiqamətdə hərəkət etdiyindən əmindir.

Bob Iger

Vəzifə: “The Walt Disney” şirkətinin rəhbəri

Yaş: 68

Michael Bloomberg, milyarder, Bloomberg LP şirkətinin təsisçisi, Nyu-York şəhərinin keçmiş icra başçısı: “Walt Disney deyirdi ki, müvəffəqiyyət dörd ünsür üzərində qurulur: maraq, əminlik, cəsarət və daimilik. Onların dördünü də realizə etməyi bacaran rəhbərlərin sayı çox azdır.. Onlardan biri də Bob Iger-dur. Onun yeganə məğlubiyyəti, məni hələ də kinoda çəkməməsidir. Mən ona həmişə deyirdim: “Əgər yekəpər və kobud bir icra başçısı rolunu oynamaq lazım olsa, mənə müraciət et”.

Rén Zhèngfēi

Vəzifə: “Huawei” şirkətinin təsisçisi, milyarder

Yaş: 75

Charles Campbell, TIME jurnalının Şərqi Asiya üzrə korrespondenti: “Huawei” şirkətinin strateji təsiri, Pekin və Vaşinqton arasında texnoloji müharibənin başlamasına səbəb oldu. Rén bildirir ki, onun Çin hökuməti ilə heç bir əlaqəsi yoxdur və şirkətin inkişafı isə xidmətin yüksək səviyyəsi ilə bağlıdır. Bəlkə də belədir. Onun nüfuzu, heç bir ölkənin “Huawei” dən imtina edə bilməyəcəyini göstərir.

Jennifer Hyman

Vəzifə: “Rent The Runway” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru (internet vasitəsilə geyim və aksessuarların kirayəsi)

Yaş: 38

Diane von Fürstenberg, Amerikanın modelyerlər Şurasının sədri: “Rent the Runway” şirkəti 1 milyard dollar dəyərində qiymətləndirilir. Bu, böyük bir uğurdur! Nəzərə alın ki, biznesini təsis edən zaman, Jennifer ana olmağa hazırlaşırdı. O, moda dünyasına “sharing economy” (birgə istehlak iqtisadiyyatı) tətbiq edərək, bizim sahəni tamamilə dəyişdirmiş oldu”.

Mukesh Ambani

Vəzifə: “Reliance Industries Ltd” şirkətinin təsisçisi və rəhbəri, Hindistanda ən varlı şəxsdir

Yaş: 61

Anand Mahindra, “Mahindra Group” şirkətinin rəhbəri, milyarder: “Reliance Jio” şəbəkəsinin miqyası təəccübləndirir. Qeyd etmək lazımdır ki, bu şəbəkə Hindistanın 280 milyon vətəndaşını 4G şəbəkəsinə qoşub. Hal-hazırda, o, biznesin yeni sahələrində dominant olmaq gücünə malikdir. 2003-cü ildə Ambani çox məşhur bir reklamda demişdir: “Mənim şirkətim bütün dünyanı ovuc içinə qoyacaq”.

Yixing Zhang

Vəzifə: “ByteDance” şirkətinin rəhbəri (İT), milyarder

Yaş: 35

Kai-Fu Lee, “Sinovation Ventures” şirkətinin rəhbəri: “Müxtəlif göstəricilərə görə, Yixing Zhang – dünyanın aparıcı sahibkarlarından biridir. Cəmi üç ilə “ByteDance” şirkəti 75 milyard dollarlıq qiymətləndirməyə çatıb. Hal-hazırda şirkətin 1 milyarddan çox aylıq istifadəçisi var. O, “Google”, “Facebook” və “Tencent” kimi populyar şirkətlərin müvəffəqiyyətə nail ola bilmədiyi sahələrdə müvəffəqiyyət qazanıb. Zhang deyir: “Romantika – nəzəri olaraq reallaşa biləcək, lakin hal-hazırda mövcud olmayan şeyləri təsəvvürüdür”.

Eileen Li

Vəzifə: vençur sərmayəçi, “Cowboy Ventures” şirkətinin təsisçisi

Yaş: 49

Kirsten Green, “Forerunner Ventures” şirkətinin həmtəsisçisi: “2017-ci ilin yayında vençur sərmayə sahəsi, Silikon Vadisindəki cinsi zorakılıq və gender bərabərsizliyi haqqındakı xəbərlərdən çox zərər çəkmişdir. “НКО All” bu sahəyə çox güclü təsir göstərdi: 2018-ci ildə burada yeni 35 qadın əməkdaş və 200 vençur kapitalist meydana gəldi. 1000-dən çox şirkət gender bərabərliyinə tərəfdar olduğunu bildirdi”.

Adam Bowen və James Monsiz

Vəzifə: “Juul Labs” şirkətinin həmtəsisçiləri, elektron siqaret ixtiraçıları, milyarderlər

Yaş: 43 və 39

Tom Miller: Ayova ştatının baş prokuroru (1998-ci ildə tütün sənayesi ilə Amerika ştatları arasında gedən və müqavilə ilə nəticələn tarixi prosesdə iştirak edib): “2004-cü ildə Stanford universitetinin iki tələbəsi, nikotini insanın orqanizminə çatdıran, lakin siqaretdən daha az ziyanlı olan bir cihaz ixtira etdilər. Bu, elektron siqaret idi. “Marlboro” brendinin sahibi olan “Altria”, bu ideyaya 12,8 milyard dollar yatırıb. Tütün istehsalı ilə məşğul olan şirkətlər başa düşürlər: onların vaxtına az qalıb”.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...