Bu gündən dollar kreditlərinin kompensasiyası ödənilməsinə başlanılır

Date:

Paylaş:

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq, bu gündən Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

Bütün ödənişlərin gələn ayın sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, kompensasiya ödənişinin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği müəyyən edilərək hər bir fəaliyyətdə və ləğvə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumat Maliyyə Nazirliyinə (MN) və Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təqdim etdiyi siyahıya uyğun olaraq, aprelin 19-dan MN müvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və “Azərpoçt” MMC-nin AMB-dəki hesablarına köçürülməsinə başlayıb.

Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə MN kredit təşkilatlarına vəsaitləri mərhələli şəkildə, MBNP ilə razılaşdırılmaqla köçürəcək. 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...