“Microsoft” əşyaların internetinə 5 milyard dollar yatırım edib

Date:

Paylaş:

“Microsoft” şirkəti iri “Express Logic” əməliyyat sistemləri təchizatçısını alması barədə xəbər verib. Əməliyyatın məbləği açıqlanmayıb. Şirkətdən həmçinin açıqlama veriblər ki, əşyaların interneti ( İnternet of Things ) inkişafına 5 milyard dollar qoyulub.

“Microsoft” “Express Logic” şirkətini almağı düşünür. O “İoT” üçün olan real vaxt əməliyyat sistemləri bazarında liderdir. “Express Logic ThreadX” əməliyyat sistemi dünya üzrə ən böyük “RTOS” – lardan biridir – sistemin 6,2 milyarddan çox yerləşdirmələri var.

Analitiklər “ThreadX”-in məşhurluğunu, əksəriyyəti təhlükəsizlik tələb edən məhdud resurslu sistem üçün olan “RTOS”-a istəklərin çox olması ilə əlaqələndirir. “Express Logic” şirkətinin təchizatı 64 KB-dan da az flash- yaddaşı olan  cihazlarda da mümkündür.

“Micrososft”-da ümid edirlər ki, bu sistemin alışı “milyardlarla yeni qoşulma nöqtələrinə girişi təmin edəcək”, “Azure-a sərbəst qoşula bilən cihazların sayının artmasına” kömək edəcək və “yeni intelektual imkanlar” yaradacaq.

Bundan başqa, “Microsoft”-da bildiriblər ki, 4 il ərzində əşyaların internetinə 5 milyard dollar yatırım ediblər. Pulların yarısı şirkətin “İoT” sahəsindən olan məhsullarına ayrılacaq. Belə ki, bunlar da “Azure Sphere”, “Azure Digital Twins”, “Azure İoT Edge” və başqalarıdır. Qalanını isə “DJI” dronları və “SAP”, “PTC” proqram təminatları istehsalçıları, həmçinin Karnegi Mellona universiteti ilə tərəfdaşlığın inkişaf etdirilməsinə xərcləyəcəklər. Təşkilat  İT sahəsində yeniliklər etməklə məşğuldur. Pullar eyni zamanda münasib aktivlərin alınmasına da istifadə olunacaq.

“İoT” sensorları hal-hazırda praktiki olaraq, sənaye avadanlıqlarından tutmuş istehlak qurğularına qədər hər şeydə tətbiq olunur. Eyni zamanda  belə cihazlar çox vaxt buluda qoşulur. “Gartner”-in proqnozuna görə, 2020-ci ilə dünyada 20 milyarddan çox qoşulma cihazı olacaq.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...