Amerikanın İnc. mətbuatının verdiyi məlumata görə, minlərlə səhmdar “Zoom Technologies İnc.”-in səhmlərini, onu “Zoom Video Communications”-un yerinə qəbul edərək alıb, belə ki, sonuncu, bu yaxınlarda çox uğurlu bir İPO-ya çıxıb
“Zoom Technologies” şirkətinin səhmlərinin dəyəri son günlərdə hər səhmə görə 0,005 sentdən 5,5 dollara qədər artıb, lakin şirkətin 2011-ci ildən bəri heç bir gəliri olmayıb. Bu, Çinin mobil telefonlar detalları işləyib hazırlayan kiçik bir şirkətidir. O, ABŞ-ın ikinci qiymətli kağızlar bazarında səhmlər satır. “Zoom Technologies”-in ştat sayı 10 nəfərdir.
Şirkətin səhm dəyərinin qəfil artımının səbəbi səhmdarların səhvi olub.Belə ki, onlar bu şirkəti biznes üçün videokonferensiya xidməti göstərən “Zoom Video Communications”-la səhv salıblar. İkinci, 18 apreldə, “NASDAQ” yüksək texnologiyalar birjasında uğurlu İPO-ya imza atıb.
“Zoom Video Communications”-un 2019-cu ilin mart ayının sonunda ilk səhm qoyuluşuna bildiriş elan etməsindən sonra “Zoom Technologies”-in səhmlərinin qiyməti qalxaraq 5 dolları ötüb. Hal-hazırda onun dəyəri ilk dəfəkindən 54 000% artıq olmaqla, hardasa 2,70 dollar təşkil edir.
Bu yalnız onunla izah olunur ki, hər iki şirkətin loqotipində “ZOOM” yazıldığı üçün səhmdarlar onları bir-biri ilə qarışdırıblar. Bundan başqa, Amerikanın İnc. mətbuatının jurnalisti Minda Tsetlin fikirlərini bölüşərkən deyib ki, o, Google-da “Zoom Video Communications”-u axtrışa verəndə, sistem ona ilk olaraq “Zoom Technologies” nəticəsini göstərib.
2019-cu ilin 18 aprelində “Zoom Video” “NASDA” birjasında ticarətə başlayıb. “ZM” səhmlərinin dəyərini şirkət ilk dəfə elan edilən 28-32 dollar yerinə olan 36 dollardan çox qiymətləndirib. Ticarətin başlamasından dərhal sonra səhmlərin dəyəri 73% artıb və 62 dollar olub.