“Sostav.ru” iri reklamverənlərin media xərclərini qiymətləndirib. 2018-ci ildə reytinqdə iştirak edən şirkətlər mediada 106 milyard rubl xərcləyiblər. TOP-30 şirkətdən reklamın 22,6%-i milli bazardan gəlib. Onun həcmi 468,7 milyard rubl olub. İl ərzində onların payı 3,4 bənd düşüb.
Bu haqda isə AKAR-ın (Rusiyanın Kommunikasiya Agentliklərinin Assosiasiyası) məlumatında deyilib.
Reytinqə iştirak edən şirkətlərin internet xərcləri, əvvəlki illərdə olduğu kimi TV-yə güzəştə gedir. Belə ki, TOP-30 şirkətin 86,3 milyard rublu sırf TV reklama gedib. Amma qeyd olunan şirkətlərin büdcələrinin 11,6 milyard rublu isə dijitala ayrılıb.
Sostav-ın qiymətləndirməsinə görə, reytinq iştirakçılarının outdoor büdcəsi 4,7 milyard rubl olub. Radioreklam xərcləri isə 2,5 milyard rubl təşkil edib. Ənənəvi mətbuata şirkətin reklam xərcləri heç milyarda belə çatmayıb və 928,8 milyon rubl təşkil edib.
Reytinqin lideri “Pepsi Co” şirkəti olub, onun reklam xərci 6,1 milyard rubl təşkil edib.
Siyahının ikinci pilləsində isə “Air Wick” brendinin sahibi “Reckitt Benckiser” düşüb. “Calgon”, “Durex”in isə reklam xərcləri 5,4 milyard rubl təşkil edib. Bu dəfəki reytinqə, həmçinin “Sberbank” (3,1 milyard rubl), “Miratorq” (2,5 milyard rubl), “Yandex” (2,4 milyard), “Alfa-Bank” (2,1 milyard rubl) düşüblər.