“BlackBerry Messenger” 2019-cu ilin mayında fəliyyətini dayandıracaq

Date:

Paylaş:

Lakin korporativ messencer “BBM Enterprise” işini davam etdirəcək.

“Blackberry” şəxsi “BBM” messencerini 2019-cu ilin 31 mayında bağlayacaq. Bu barədə 2016-cı ildən messenceri idarə edən İndoneziyanın “Emtek” şirkəti məlumat verib.

Xidmət nümayəndələrinin açıqlamasına görə, “BBM” istifadəçiləri digər messencerə keçiblər, yeni auditoriyanı isə cəlb etmək mümkün olmayıb.

“BBM” öz fəaliyyətini dayandırdıqan sonra istifadəçilər onu öz cihazlarında aça və köhnə şəkillərə, mesajlara və digər fayllara baxa bilməyəcəklər. Şəkil, video və faylları 31 mayadək yükləmək mümkündür, lakin onlarla əlaqə yaratmaq mümkünsüzdür.

“BlackBerry”-dən bildiriblər ki, “Emtek”-in “BBM”-I bağlamaq qərarına hörmətlə yanaşırlar, lakin ünsiyyət üçün platformanın istifadəçilərindən məhrum olmaq istəmirlər.Buna görə də şirkət fərdi istifadə üçün messencerin şifrə ilə işləyən korporativ “BBM Enterprise” versiyasını yaradır. Xidmət birinci il pulsuz olacaq, sonra isə yarım illik izləməyə görə 2,49 dollar ödəniləcək.

“BBM”, Techcrunch-un sözlərinə görə, mesaj mübadiləsi istiqamətində ən köhnə xidmətlərdən biridir. “BlackBerry” onu 2015-ci ildə istifadəyə verib, 2016-cı ildə isə messencerlərin inkişafı üzrə şirkətin tərəfdaşı “Emtek Group” olub. Nəşrin verdiyi açıqlamada deyilir ki, “Emtek”-lə xidmət dəyişdi: bəzi istifadəçilər belə müşahidə ediblər ki, orada çoxlu oyunlar və reklamlar əmələ gəlib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...