Şirkət İPO-ya hazırlaşır.
“Bloomberg”-in verdiyi məlumata görə, “Airbnb”, “Lyric” startapında sərmayə raundunun birincisi olub, belə ki, burada səyahət edən iş adamları üçün 160 milyon dollara mənzil kirayəsi təklif olunur.
Əsası San-Fransiskoda qoyulan bu xidmət 200 günlük vaxt götürən iş adamları üçün iyirmi dörd saatlıq premium-klass mənzillər təklif edir. Şirkətin hələ ki, ABŞ-da 380 təklifi var.
Agentlik xəbər verib ki, “Airbnb”-nin məqsədi startap-ın missiyasına uyğun olaraq qısamüddətli kirayə bazarına mənfi reputasiyanı dəyişməkdir və buna görə də ona sərmayə yatırıb.
“Lyric” şirkətinin baş direktorunun sözlərinə görə, şirkət fəaliyyət göstərdiyi 13 şəhərin hamısında normative tələbləri gözləyir. Bu, Orlandoda qisamüddətli kirayəyə icazə verən yeganə şirkətdir.
“Lyric” Amerikanın 20 aparıcı şirkəti ilə əməkdaşlıq edir və onun sərmayəçiləri arasında “Tishman Speyer”,”RXR Realty”, “Obvious Ventures”, “SineWave”, “Twitter”-in keçmiş rəhbərləri Dick Costolo və Adam Bain, həmçinin başqa sərmayəçilər də var. Sonuncu startap raundu ilə birlikdə, mövcud olduğu bütün zaman ərzində o, 175 milyon dollar cəlb edib.
31 milyard dollar dəyərləndirilən “Airbnb”, 2020-ci ildə keçiriləcək İPO-ya hazırlaşır. “Bloomberg” açıqlama verib ki, şirkət qaydalar üzrə oynamayan startap imicindən uzaq durmağa və sayahətçilər üçün universal meydan rolunu oynamağa çalışır.
2019-cu ilin martında” Airbnb” “Hotel Tonight”-də nömrə sifariş etmə xidmətini bağlayıb və apreldə isə büdcə otellərini şəbəkə ilə idarə edən “Oyo” hind startapına sərmayə qoyub.