Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti satınalmalar ilə bağlı tender elan edir.
Tender 8 (səkkiz) lot üzrə keçirilir:
1-ci lot – Xidmətin Siyəzən rayon bölməsinin inzibati binasının tikintisi;
2-ci lot – Kişi hərbi qulluqçular üçün qara rəngli yay tuflisinin satınalınması;
3-cü lot – Tünd zeytun rəngli yarıyun qış və yay kitel-şalvar parçasının satınalınması;
4-cü lot – Tünd zeytun rəngli yarıyun demisezon gödəkçə və plaş-palto parçasının satınalınması;
5-ci lot – Hərbi qulluqçular üçün bej rəngli qısaqol və uzunqol köynəklərin satınalınması;
6-cı lot – Əşya-geyim ləvazimatının satınalınması;
7-ci lot – Xüsusi blankların və vəsiqələrin çap olunması;
8-ci lot – Digər alışlar.
Tenderdə iştirak haqqı:
1-ci lot – 2000 manat
2-ci lot – 150 manat
3-cü lot – 350 manat
4-cü lot – 350 manat
5-ci lot – 200 manat
6-cı lot – 100 manat
7-ci lot – 100 manat
8-ci lot – 100 manat
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etsinlər.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, malgöndərənin (podratçının) aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba iştirak haqqı ödəməklə Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 30 (əlaqələndirici şəxs: Ceyhun Valehov; telefon: (+99412) 493-82-66) ünvanından ala bilərlər:
Adı: Dövlət Xəzinədarlıq Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesabı
AZ41NABZ01360100000000003944
S.W.İ.F.T CTREAZ22
Adı: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
VÖEN: 1701344461
Hesab:
AZ91CTRE00000000000004828501
Büdcə gəlirinin təsnifatı kodu: 142340
Büdcə səviyyəsinin kodu fond: 7
Malgödərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3. Tender təklifi (tender təklifləri zərflərinin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox, yəni azı 60 (altmış) bank günü olmalıdır);
5. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
– Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
– Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı;
– Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır).
Malgöndərənlər (podratçılar) 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 29 may 2019-cu il saat 15:00-a, 3 və 4-cü bəndlərdə göstərilən sənədləri
10 iyun 2019-cu il, saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi zərfləri 11 iyun 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində açılacaqdır.