Keepface 500 Startups-ın MENA Dojo proqramına qəbul olaraq, növbəti dəfə toxum investisiyası yüksəltdi

Date:

Paylaş:

 Bütün dünyada məşhur akselerasiya proqramı olan 500 Startups MENA bölgəsi üçün elan etdiyi sürətləndirmə və A investisiya seriyasına hazırlıq proqramı olan MENA Dojo-ya qəbul olunan startapların adını açıqlayıb.

    3-cü dəfə elan edilən bu proqram Qatar Elm və Yüksək Texnologiyalar Parkı ilə birlikdə həyata keçirilir. Küveyt mərkəzli Ahli United Bank isə proqramın əsas tərəfdaşlarından biridir. Proqram bölgədə yüksək göstəricilərə sahib olan startapları A seriyalı investisiya mərhələsinə hazırlamaq üçün nəzərdə tutulub. 4 həftəlik proqramın tərkib hissəsinə qlobal mentorluq və birəbir görüş seriyaları daxildir.

Proqrama qəbul edilən hər bir startap 500 Startups-ın MENA bölgəsi üzrə foks olmuş investisiya fondu olan 500 Falcons-dan 150.000 dollar vəsait əldə edib. Proqram 1 May Küveytdə baş tutacaq “Investor Day” ilə yekunlaşacaq. Burada məqsəd seçilmiş startapları A seriyalı investisiya mərhələsinə aparmaqdır.

    Qeyd edək ki, Dubay Mərkəzli yerli startap Keepface ötən ilin yanvar ayında BƏƏ mərkəzli özəl fonddan 300.000 dollar ilkin toxum investisiyası əldə etmişdi. Bundan əvvəl startap “AstroLabs”a qəbul olunduğunu elan etmişdi. MENA Dojo-ya qəbul olunan və sürətləndirmə şansını bölgədən cəmi 14 startap əldə edib və Keepface də bu platformalar arasında yer alır. Bu barədə 500.co rəsmi saytlarında məlumat yayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...