Şirkət, əlavə xidmətlərin köməyi ilə avtomobillər üçün əməliyyat sistemi bazarının təşkil edilməsi uğrunda çalışır.
“Alibaba” şirkəti, avtomobillərdə, onların “AliOS” əməliyyat sistemləri əsasında işləyəcək rahat bir tətbiqi proqram üzərində işləyir. TechCrunch yazır ki, bu tətbiqin köməyi ilə sürücülərrestoran tapa, yer və yemək sifariş edə biləcəklər.
Proqram” AliPay” messencerinin içində işləyəcək. İstifadəçilər onu səs, hərərkət və toxunuşla idarə edə biləcəklər.
İstifadəyə verilmə tarixi məlum deyil. Nəşriyyatda deyilib ki, şirkətin aktivliyi, onun avtomobil əməliyyat sistemi bazarında rəqabət artımından xəbər verir.
2015-ci ildə “Alibaba” “SAİC Motor” avtomobil istehsalşısı “Banma Network”-lə birgə müəssisə təsis edib. O, “AliOS”-un avtomobillərdə işlənməsi və qarşılıqlı əlaqəsinin olması ilə məşğul olur. Şirkətdən verilən açıqlamaya görə hal-hazırda Çində 600 mindən çox avtomobildə “AliOS” işləyir.
2017-ci ildə “Alibaba”, əməliyyat sistemlərinin “rebranding” strategiyasını irəli sürüb və bunun üçün avtomobillərin “AliOS”-u və internet-əşyaları tanımasına diqqət göstərib.