“30 under 30” siyahısına düşmüş azərbaycanlı qadın

Date:

Paylaş:

“Forbes”in Avropanın ən uğurlu 30 gəncindən ibarət “30 under 30” siyahısına düşmüş azərbaycanlı, “Ted” spikeri, gənс sahibkarlar forumunun iştirakçısı, qadınların inkişaf layihəsi – “WoWoman”in yaradıcısı Zara Hüseynova…

“Biznes yaratmaq üçün arxanda kimsə dayanmalıdır”, “Dəstək olmadan bir qadın heç nəyə nail ola bilməz” kimi stereotipləri sındıran müsahibimiz bunu təkcə özü üçün etməyib, digər qadınların da etməsinə kömək edir.

Zara Hüseynova ilə müsahibəni təqdim edir:

– Zara xanım, hər şey necə başladı?

– Tələbəlik illərimdə maliyyə cəhətdən asılı olmamaq üçün yığdığım pullarla biznesimi yaratmaq qərarına gəldim. Biznesim böyüyüb mağazamın yaranma səviyyəsinə çatanda, mən başa düşdüm ki, inkişaf etmək arzusu və öz gücünə inam bir çox şeyi müəyyən edir. Digər qadınlara da öz arzularına doğru getmək üçün dəstək lazım olduğunu qət etdim, beləcə “WoWoman” layihəsinin ideyası yarandı. O da “mümkün olmayan” sözünün olmadığını başa düşməyə kömək edir.



– Layihəni yaratmaq istəyəndə “Azərbaycanda buna gərək yoxdur” kimi fikirlərlə rastlaşmısınız. Bəs, əslində, buna nə dərəcədə ehtiyac vardı?

– Dörd ildə kömək etdiyimiz qadınların sayını nəzərə alsaq, deyə bilərəm ki, buna ehtiyac çoxdan yaranmışdı. Cəmiyyətimizin 25 min üzvü var, səkkiz mindən çox qadın isə treyninqlərimizdə iştirak edib. Xeyli sayda maraqlı uğur hekayələri toplamışıq, yaxın gələcəkdə paylaşacağıq. Onlar növbəti addımlara həvəsləndirir və işi inkişaf etdirməyə, davam etdirməyə motivasiya edir.

– Sizcə, niyə bəzi qadınlar nələrəsə nail olurlar, bəziləri isə başlamamış yarımçıq qoyur və ya heç başlamır?

– Çox vaxt biz cəmiyyət, valideynlər, sosial şəbəkələrdən həvəsə düşərək “bizim olmayan” məqsədlərə doğru gedirik. Təbii olaraq, motivasiya tez yox olur. Etdiyini “niyə?” etdiyini bilməyəndə yoldan dönmək asan olur. İlk olaraq, bilmək lazımdır ki, bu məqsəd və ya arzu mənimdir, ya yox, dəstəkləyən və aşağıya doğru itələməyən, enerji verən ətraf qurmaq, sonra da tamamilə irəli getmək lazımdır.

– Uğurunuzun sirri nədir? Bəlkə, kimlərdənsə ilhamlanmısınız?

– Məni ən çox problemlər qarşısında qollarını endirməyən, güclü qalmağı bacaran adi, sadə qadınlar ilhamlandırır. Anam kimi. Məhz ondan təslim olmamağı və irəli getməyi öyrənmişəm, buna görə həmişə ona minnətdar olacağam.

– Gələcək üçün planlarınız nələrdir?

– Bu günlərdə yeni layihəmiz – “W_Space”in beta versiyasının açdıq. Xaricdə çox yerləri gəzdim, öyrəndim, indi artıq əminəm ki, ətrafın və olduğun yer kim olacağında böyük rol oynayır.

Buna görə də “W_Space”i yaradanda biz daim onun həmcinslərimiz üçün “güc yeri” olması barədə düşünürdük. Problemlərdən uzaqlaşıb nələrəsə fokuslanmaq, işləmək, dostlarla xoş axşam keçirmək üçün məkan yaratdıq.

Gündüzlər daha çox böyük formatlı anti-office – böyük panorama görüntülü pəncərə, qış parkına mənzərə və ilhamlanmaq üçün terrasa, axşamlar isə kafeyə, treyninqlər və cəmiyyətə fokuslanmaq. Bundan əlavə, dil, rəqəmsal marketinq kursları, müxtəlif master-klaslar və intensiv olaraq dəvət olunmuş sahibkarlarla görüşlər, yoqa dərsləri, psixoloq və koç kabineti olacaq.

İşdən gələn ziyarətçilərimizin çay içə bilməsi və dadlı qidalar yeyə bilməsi üçün kafe, valideynlərin uşaqlarını rahatlıqla əmanət edib kurslara qoşulmaları, istirahət etmələri və ya mərkəzdə işləmələri üçün uşaqların vaxt keçirəcəyi baxıcı otaqlar var.

– Yəni evə ancaq yatmağa getmək lazım olacaq?

– Məqsədimiz də budur – ikinci ev olacaq. Xanımlarımızın “Forbes”ə gedən yolunu başlatmaq istəyirik.

– Sonda, gənc qızlara, xanımlara sözünüz…

 

– Birinci növbədə, ətrafınızı düzgün seçin, məhz o, sizin gələcəyinizi müəyyənləşdirir. Və əlbəttə ki, özünüzü sevin, dəyər verin, özünüzə və təhsilinizə vaxt ayırın. Özünüzü heç kimlə müqayisə etməyin, paxıllıq etməyin, sadəcə, hər gün dünənkindən bir az da olsa, daha yaxşı olun. Məhz indidən kiçik addımlar atın.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...