“Samsung” şirkətinin yeni texnoloji prosesi prosessorların ölçüsünü 25% azaldacaq

Date:

Paylaş:

Cənubi Koreya şirkəti 5 nanometrlik (nm) “FinFET” texnoloji prosesi üzərində işlərini başa çatdırıb. Tezliklə ekstremal ultrabənövşəyi (EUV) fotolitoqrafiya texnologiyası üzrə hazırlanmış prosessorlar bazara çıxarılacaq.
 
7 nm-lik texnologiya ilə müqayisədə EUV texnologiyasından istifadə edən yeni proses standart elementin arxitekturasının təkmilləşdirilməsi nəticəsində enerji istehlakının 20% azaldılması vəziyyətində məntiqi zonanın səmərəliliyinin 25%-dək artımını təmin edir.
 
5 nm-lik prosesin başqa bir üstünlüyü odur ki, yeni texnologiya 7 nm-lik proses üçün yaradılmış bütün sxemlərdən istifadəyə imkan verir. Buna görə 7 nm-dən yeni prosesə keçid mürəkkəb və bahalı olmayacaq.
 
Şirkət gələn il yeni texnoloji prosesdən kommersiya yönümündə istifadəyə başlamağı planlaşdırır. Bu il isə 6 nm-lik texnologiya üzrə mikroçiplərin kütləvi istehsalına başlamağa söz verir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...