Bu gün Dubayda reallaşan World Government Summitində sərgisi keçirilən dron taksilərin bu ilin iyul ayında Dubayda fəaliyyətə başlayacağı gözlənilir.
İlk olaraq 2016-cı ildə təşkil edilən CES sərgisində qarşımıza çıxan EHang 184’ün test uçuşları Las Veqas şəhərində reallaşmışdı. Tək nəfərlik nəqliyyat vasitəsi olan EHang 184, 100 kq-a qədər yük daşımağa qadirdir.
Batareyası tam dolu olduqda 50 km məsafə qət edə bilən Dron taksi, saatda 160 km sürətinə qədər çata bilir. Şəhər içində 40-50 km-lik bir sahə üçün nəərdə tutulan EHang 184, əmr mərkəzindən nəzarət ediləcək.
Əgər müvəffəqiyyətli olsa şəhər içi nəqliyyatın gələcəyi üçün ən məntiqli layihələrdən biri olacaq olan Dron taksi, Bakı kimi tıxaclardan əziyyət çəkən şəhərlər üçün imtina edilməz ola bilər.