Nigeriyalı milyardçı, Afrikanın ən varlı şəxsi sayılan Aliko Danqote varlı olduğunu özünə necə sübut etdiyini açıqlayıb.
Milyardçının sözlərinə görə, o bir dəfə bankdan 10 milyon dollar nağd şəkildə çıxarıb ki, doğrudan da varlı olduğuna əmin olsun: «Bizneslə məşğul olanda məqsəd – ilk milyonunu qazanmaqdır. Amma mənim sərvətim 12-13 milyard dollara çatanda hesab etdim ki, bunlar yalnız kağıza yazılan rəqəmlərdir».
Doğrudan da varlı olduğuna əmin olmaq üçün Danqote banka gedib və 10 milyon dollar nağd vəsait çıxarıb. Pulları avtomobilin yük yerinə qoyub evə gətirdikdən sonra bir müddət onlara baxıb və reallığına əmin olub. Sabahı gün isə pulları yenidən gətirib bankdakı hesabına qaytarıb.