“Alibaba”-nın qurucusu Джек Ма həftədə 6 gün, gündə 12 saat-lıq iş mədəniyyətinə görə ayağa qalxdı

Date:

Paylaş:

Onun fikrinə görə yalnız belə uğur əldə etmək olar.

“Alibaba Group”-un yaradıcısı və milyarder Джек Ма, bir çox çin internet-şirkətlərində, həmçinin “Alibaba”-da da  geniş yayılmış əlavə iş saatı mədəniyyətinin müdafiəsinə qalxdı. Bu barədə Reuters xəbər verir.

İş adamı, öz mövqeyi barədə “Alibaba” əməkdaşları ilə görüşündə fikrini bölüşüb və transkript WeChat sosial şəbəkəsində, şirkətin rəsmi hesabında yayımlanıb.

    “Mən düşünürəm ki, həftədə altı gün, səhər saat doqquzdan axşam saat doqquza qədər işləmək bir nemətdir. Bizim dünyamızda hər kəs uğur, yaxşı həyat və ətrafdan ona hömət olunmasını arzu edir. Amma icazə verin soruşum,əgər siz digərləri ilə müqayisədə daha çox vaxt və enerji sərf etməsəz istəyinizə necə nail olacaqsınız?

                  Джек Мa

                 Alibaba-nın qurucusu

 

Ma əlavə edib ki,” Alibaba”-da işə düzəlmək istəyənlər gündə 12 saat işləməyə hazır olmalıdırlar. “ Bizə səkkiz saatlıq komfortlu iş gününə göz dikənlər lazım deyil”- “Alibaba”-ya məxsus South China Morning Post qəzeti sitat gətirib.

İş adamı xatırladıb ki, o özü də 1999-cu ildəAlibaba-nı aradanda çox işləyib.Onun sözlərinə görə, uzun iş günü onun həyatının bir parçasına çevrilib və o, gündə 12 saat işləməkdən özünü xoşbəxt hiss edir.

Əlavə işlə bağlı problem çin İT-şirkətlərində 2019-cu ilin aprel ayının əvvəllərində başlayıb. Aktivistlər qrupu GitHub-da 996.İCU adlı depo yaradırlar və burada işçilər 12 saatlıq iş günü, altıgünlük iş saatı və ödənişsiz əlavə saatlarla bağlı şikayətlərini bildirə bilərdilər. Şikayətlər  “Alibaba” və ona bağlı olan “Ant Financial” şirkətinə qarşı da yönəlib.

Deponun təşkil olunduğu günün səhəri, çin şirkətlərinin brauzeri, eyni zamanda “Alibaba”-nın UC Browser və Tercent-in QQ Browser –i də GitHub-un ictimai səhifəsinə girişi blok etdilər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...