Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda 596 mehmanxana müəssisəsi qeydiyyatdan keçib. 2018-ci il ərzində 33 yeni otel fəaliyyətə başlayıb, onlardan 15-i Bakıdadır. Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər.
Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin yerləşə biləcəyi 22,2 min nömrə var (+6,8%). Bakının mehmanxana nömrələrinin xüsusi çəkisi ölkənin mehmanalarının nömrə fondunun 46%-dən çoxunu təşkil edir.