Tezliklə Bakı metrosunda “WiFi” sistemi yaradılacaq

Date:

Paylaş:

“Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır”.

Bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov açıqlaması zamanı bildirib. 

Onun sözlərinə görə, texniki məsələlər tam həll olunduqdan, təhlükəsizlik təmin olunduqdan sonra bu barədə danışmaq olar.

“Əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bundan sonra biz, radiodalğalardan istifadə olunması ilə bağlı məlumat verəcəyik. Həmin “WiFi” sistemi müəyyən radiodalğalarla interferensiya olunacaq.  “WiFi” sistemini tezliklə  həyata keçirmək üçün hərəkətin təhlükəsizliyinə mane olan sistemlərin olmaması məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır. Bütün tezliklər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunur. “WiFi” şəbəkəsinin də tezliyi var və bu avadanlıqlar müəyyən diapazonda işləməlidir. Ona görə də gələcək üçün bizdə çox böyük işlər nəzərdə tutulur”, – E.Məmmədov əlavə edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...