Biznesdə uğura nail olmaq üçün nə lazımdır?
İnnovativ biznesideyaların Top-Onluğu
Onlar ən gəlirli biznes sahələrini yaratmağa müyəssər oldular. Zəngin təxəyyülləri sayəsində onlar bir “yığın zibili” məhsullara və bütöv bir biznesin istiqamətlərinə çevirə bildilər.
Əvvəllər heç kəsin ağlına gəlməyən bu ideyalar onları milyarder etdi. Bu insanların müvəffəqiyyət qazanmasında ən böyük rolu onların zəhmətsevərliyi və özlərinə olan inamı oynayıb, məhz bunun sayəsində heç bir tənqid onları uğura aparan yoldan döndərə bilməmişdir. Hazırkı qabaqcıl texnologiyalar zamanında bizə olduqca az “zibil” və olduqca çox “təp-təzə” ideyalar lazımdır. Öz sahiblərinə zənginlik və şan-şöhrət qazandırmış 10 ixtira bu deyilənləri əyani şəkildə sübut edir. Bu 10 ixtiradan beşi Amerikada edilib. Qalanları isə dünyanın ən fərqli hissələrinin payına düşür, burada Tailand və ya Almaniyanın da adını qeyd etmək olar.
1. Mişel Ferrero və ailəsi. Avropa
Sərvət: 10 milyard dollar
Ailə biznesinin gəlirliyi onun əsasında qoyulub ki, onlar şokoladı səhər yeməyinin bir hissəsinə çevirməyə müvəffəq oldular. Beləliklə onlar buterbrod və tostlar üçün şokolad yağı satmağa başladı.
Mişel tərəfindən başçılıq edilən Ferrero ailəsi-Avropanın ən iri şokolad istehsalçılarından biridir. Onların brendləri sırasında Ferrero Rocher, Nutella, Tic Tac və Kinder Eggs-in adın çəkmək olar. Hazırda ailə öz biznesini Asiya, xüsusən də Çin istiqamətində genişləndirir. Mişel özü Monte-Karloda, oğulları isə Belçikada yaşayır.
2. Bred Xyus
Sərvət: 5,3 milyard dollar
Bu gəlirli biznes iri avtostradalar boyu (ikitərəfli avtomobil yolu) arzu edən şəxslər üçün avtomatik rejimli saxlama kameralarının quraşdırılması əsasında qurulub.
Bredin Public Storage kompaniyası Amerikada saxlama kameraları ilə bağlı xidmət təklif edən ən iri şirkətlərdən biridir. Onun 2 min filialı vardır. Bred saxlama kameraları ilə bağlı öz biznesinə başlamaq istəyəndə daşınmaz əmlak ilə bağlı əməliyyatlarla məşğul olan Property Research sindikatında top-menecer vəzifəsində çalışırdı. Bred Xyus Amerikanın həm də ən öndə gedən xeyriyyəçilərindən biridir, o uşaq leykemiyasına (qanda ağ qan cisimciklərinin qırmızı qan cisimciklərinə nisbətən artması) qarşı mübarizə aparır. Milyarder Sent-Polda yerləşən Parker Xyus adına xərçəngdən müalicə mərkəzinə 200 milyon dollardan artıq vəsait köçürmüşdür. Mərkəz onun böyük oğlunun şərəfinə adlandırılıb.
3. Ralf Lauren
Sərvət: 5 milyard dollar
Adi polo (at üstündə oynanan top oyunu) köynəyini götürmək və üzərinə at emblemi vuraraq, onu 50 dollara satmaq Ralf Laurenin biznesinə uğur gətirmək üçün kifayət etdi.
Bronksda dünyaya göz açmış rus emiqrantlarının övladı olan Ralf öz əmək karyerasında dükanda, Brooks Brothers kompaniyası üçün klerk qismində işləyərək başlayıb. 1967-ci ildə o biznes məktəbi tərk edir ki, Beau Brummel üçün qalstuk biznesinə başlasın. Elə həmin il o, 50 min dollar borc götürür ki, özünün əfsanəvi Polo firmasını işə salsın. 1994-cü ildə o, öz kompaniyasının səhmlərinin 28%-ni Goldman Sachs firmasına 138 milyon dollara satır. Laurenin Kolorado ərazisində konvoy ferması və Yamaykada torpaq sahəsi də vardır.
4. Ceff Bezos
Sərvət: 4,4 milyard dollar
Biznes –internet vasitəsi ilə kitab satışı əsasında qurulub, bu alıcılara kitab dükanlarına ziyarət zamanı sərf olunacaq vaxta qənaət etməyə icazə verir.
Dünyanın ən nəhəng virtual dükanlarından biri olan Amazon.com-un yaradıcısı Ceff Bezos Texas və Floridada böyümüşdür. O, Prinstaunda kompüter sehrbazına çevrilmiş və universiteti bitirən kimi Uol-Stritdə işləməyə başlamışdır. Artıq 30 yaşlarında Ceff həyatını köklü şəkildə dəyişərək kitabları internet vasitəsi ilə satmaq qərarına gəlir. Onun ilk ofisi Sieteldə adi bir qarajda yerləşirdi. 1997-ci ildə Ceff artıq milyarder oldu. Cənab Bezosun həyatının ən böyük marağı isə -kosmik uçuşlardır.
5. Tay Uorner
Sərvət: 4,5 milyard dollar
Qəlbə toxunan adları olan, müxtəlif rəngli, gözoxşayan, yumşaq, oyuncaq ayıların istehsalı və satışa buraxılması cənab Uornerə biznesdə baş gicəlləndirici uğur qazanmağa imkan verdi. Bu “sevimli mişkalar” məhdud sayda və partiyalarla buraxılır və buna görə dərhal müxtəlif həvəskarların kolleksiyalarının bəzəyinə çevrilir.
Mətbuatdan çəkinən və ondan həmişə uzaq qaçan Uorner dünyada oyuncaq ayı istehsalı üzrə ən məşhur brend olan “Binni”-nin sahibidir. Satıcının oğlu yumşaq ayı balalarının satışı ilə məşğul olmaq üçün hətta kolleci atmışdır. Binni ayıları bazarda 1986-cı ildə peyda olmuş və elə həmin zamanda bazarın bu seqmentində liderliyi ələ almışdır. Uorner qazanılan gəlirləri müxtəlif daşınmaz əmlak sahələrinə yatırmış, hətta Nyu-Yorkun ən bahalı otellərində biri olan Four Seasons tikdirmişdir. Orda bir gecə keçirmək istəyirsinizsə, sizin 30 min dollar pula ehtiyacınız olacaq.
6. Kaleo Yuvidixa, Ditrix Mateşiç. Tailand, Avstriya
Sərvət: müvafiq olaraq 3,1 və 3 milyard dollar
Burada söhbət spirtsiz içkilər ticarəti sahəsində ən gəlirli biznesdən gedir. Biznes ideya: tərkibi şəkər-kofein əsasında qurulmuş, B vitamini ilə zəngin, idmançılar və gecə əyləncələrinin həvəskarları üçün energetik içkilər satmaq.
Yuvidixa və Mateşiç Red Bull- energetik içkisini gənclər, idman və aktiv həyat tərzini sevənlər üçün yaratdılar. Bu içkinin illik satışları artıq 3,4 milyard dollara çatıb. Brendin müştərək sahibləri (onların hər birinə 49% məxsusdur) “Formula 1” yarış komandasını və iki futbol komandasını aldı: Bull Salzburg və New York Red Bulls. Yuvidixa həmçinin Tailandda energetik içki istehsalı və satışı ilə məşğul olan TC Pharmaceuticals (dəyəri $170 milyon) kompaniyasına və bir neçə özəl klinika şəbəkəsinə sahibdir. Mateşiç isə aviasiya ilə bağlı öz biznes-proyektlərini inkişaf etdirir.
7. Mario Moretti Poleqato. İtaliya
Sərvət: 3 milyard dollar
Bu sərvət xüsusi ayaqqabı istehsalı sayəsində əldə edilmişdir. Ayaqqabının pəncə hissələrində xüsusi məsamələr qoyulmuşdur ki, bu da insanların ayağının nəfəs almasını təmin edir, onlara tər və pis qoxudan qurtulmağa icazə verir. Lakin eyni zamanda ayağın nəm çəkməsinə də icazə vermir (belə ki xüsusi dəri membranından hazırlanıb). Son dərəcə asan görünən bu ideya ayaqqabı biznesinə nəhəng pullar qazandırdı.
Mario -Geox shoes kompaniyasının yaradıcısıdır. “Nəfəs alan” ayaqqabı ideyası firmanın yaradıcısında 1994-cü ildə Nevada dağlarına səyahət zamanı peyda olmuşdur. Hava dəhşət qaynar idi və öz ayaqlarına “nəfəs almağa” imkan vermək istəyən Poleqato öz idman çəkmələrinin pəncə hissəsində dəliklər açır. O, bu ideyanın Nike konserninə satmaq istəyir, amma şirkət onun bu layihəsi ilə maraqlanmır. İndi Marionun öz firması ildə 16 milyon cüt ayaqqabı satır. Onun müştəriləri arasında hətta Roma Papası da vardır. Poleqato uğurundan zövq alır: o iki Lamborghini, Ferrari 360 Modena Spider, beş ədəd ərəb cıdır atı və 6 ədəd Moto Guzzi firmasına məxsus antikvar motosiklet almışdır. Boş vaxtlarında Mario eynək hazırlayır.
8. Ceyms Dayson. Böyük Britaniya
Sərvət: 1,6 milyard dollar
Bu biznesin uğuru tozsoranlar üzərində qurulub! Məhz inanılmaz dərəcədə sürətlə tozu sovurub çəkə bilən -saatda 320 km-dən başlayaraq, səs sürətindən də iti tozsoranlar hazırlamaq ideyası bu biznesə müvəffəqiyyət gətirmişdir. Səsdən sürətli tozsoran tozu çox yığcam qablaşdırır və onun yenidən çölə çıxmasına imkan vermir.
O uşaqlıqda ingilis dilini və faqotda (nəfəsli musiqi aləti) ifa etməyi öyrənirmiş, daha sonra o incəsənət məktəbinə daxil olur ki, burada dizaynı və mühəndisliyi öyrənsin. Öz hazırkı tozsoranının 5127 prototipini hazırlayaraq, 1993-cü ildə İngiltərədə onların təqdimatını həyata keçirir. Həmin il Daysonun DC12 tozsoranı Yaponiyada ən çox satılan tozsoran olur, o hətta Sharp və Sanyo kimi yerli markaları da qabaqlamağa müvəffəq olur.
9. Hans və Pol Rayqeli. Almaniya
Sərvət: 1,5 milyard dollar (hərəsinə)
Var-dövlət şirin, çeynənən konfetlərin bütün mümkün formalarda satışının həyata keçirilməsi nəticəsində əldə edilmişdir.
İkinci Dünya Müharibəsindən sonra Hans və Pol qardaşları ailənin un məmulatları şirniyyat fabrikini yenidən tikdirir və biznesi bərpa etməyə çalışırlar. İndi onların məhsullarının illik dövriyyəsi -2 milyard dollardır. Konfet növlərinin əksəriyyətini Hans düşünüb tapmışdır – onların sayı 200-dən çoxdur. Yeni formalar üçün ideyaların çoxu ona komiks oxuduqdan, cizgi filmlərinə və ya uşaqlar üçün çəkilmiş filmlərə baxdıqdan sonra gəlir.
10. Hovard Şults
Sərvət: 1,1 milyard dollar
Bu qəhvə satışı baxımından ən gəlirli biznesdir. İdeya: Amerikanın hər bir tinində qəhvə dükanı açmaqdır.
Starbucks qəhvə şirkətinin sahibi, qəhvə kralı. Şults Bruklində böyüyüb, Şimali Mişiqanda təhsil alıb və universitetin futbol komandasında oynayıb.
O, Nyu-Yorka köçərək isveç istehsalı olan fincan və qab-qacaq satmağa başlayır. İtaliya boyu səyahət edərkən Şults espresso satışı ilə məşğul olacaq barlar açmaq arzusuna düşür. Onun “müdirləri” ona yox deyir və o risk edərək, 1985-ci ildə öz biznesini qurmaq qərarına gəlir. 1982-ci ildə Şults öz kompaniyasının səhmlərinin açıq satışına başlayır. Bu gün Starbucks-un 12 min qəhvə dükanı vardır, onlar hər həftə 40 milyondan artıq amerikalıya xidmət göstərirlər.