Amerikanın “Coinbase” kriptovalyuta birjası “Visa” ilə birgə kriptovalyuta kartlarını buraxır. Bu kartlar sizə rəqəmsal aktivləri adi pul kimi asanlıqla sərf etməyə imkan verəcək.
Coinbase Card – “Coinbase” birjasında istifadəçinin cüzdanına bağlı olan debet kartıdır. Onun köməyi ilə istənilən mağazada alış-veriş edə bilərsiniz. Hələ ki bu kartları yalnız Böyük Britaniya sakinləri ala bilərlər, gələcəkdə bu kartların bütün Avropa ölkələrində istifadəsi planlaşdırılır.
Alış-verişdən əlavə olaraq, istifadəçi onun vasitəsilə debet kartı ilə apardığı əməliyyatları da həyata keçirə bilər: internetdə etdiyi alış-verişlərə görə ödəniş etmək, ATM-dən pul çıxarmaq və s.
Birja nümayəndələri qeyd edirlər ki, Coinbase Card – iri birjaya bağlı olan ilk debet kartıdır. Bu kartı almaq üçün istifadəçi 4,95 funt ödəməli olacaqdır.
Bəlkə də kriptovalyuta vasitəsilə alış-veriş etmək çox əladır, lakin “Coinbase” və “Visa”-nın təklif etdiyi kart o qədər də zəruri bir şey deyil. Belə ki, alış-verişlər yenə də fiat valyutalar vasitəsilə ödəniləcək, kriptovalyuta isə birjaya qalacaq.
Beləliklə, kompromis almış oluruq: mağazalar hələki bitkoini və digər kriptovalyutaları qəbul etməyə hazır deyillər, ona görə də “Coinbase” aralıq bir həll yolunu yaratmaq qərarına gəlib.