Google Docs xidməti Microsoft Word, Excel və Power Point fayllarını birbaşa redaktə etmək imkanı yaradıb

Date:

Paylaş:

Bu imkan artıq korporativ müştərilərdə var və güman ki, qalan istifadəçilərdə də olacaq.

Google Docs sənədləri ilə birgə işləmək üçün bulud xidməti Microsoft Office faylları üçün tam dəstək aldı. Bu haqda The Verge yazır.

Əvvəllər Microsoft Office sənədləri ilə işləmək üçün onları Google Docs-un dəstəklədiyi formata çevirmək lazım gəlirdi. İndi isə onları birbaşa yükləmək mümkündür – əvvəlcədən müəyyən edilmiş həcmdə və formatla bağlı heç bir problem yaşamadan.

Hələ ki Microsoft Office sənədləri ilə  işləmək imkanı yalnız G Suite-in korporativ müştəriləri üçündür. Lakin Google nümayəndəsi deyib ki, yaxın aylarda yeni seçim adı istifadəçilər üçün də əlçatan olacaq.

Google Docs-un dəstəklədiyi formatlar:

Word sənədləri: .doc, .docx, .dot.

Excel cədvəlləri: .xls, .xlsx, .xlsm ( makro effektiv Excel faylları ), .xlt.

Power Point təqdimatları: .ppt, .pptx, .pps, .pot.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...